4 C
Baku
Cümə, Dekabr 3, 2021

Dünyanın ən gənc milyarderləri açıqlanıb – Top 10-luq

“Forbes” jurnalı dünyanın ən gənc milyarderlərinin siyahısını dərc edib.

Banker.az xəbər verir ki, reytinqdən göründüyü kimi, yaşı 40-dan az olan ən varlı şəxs “Facebook”un yaradıcısı Mark Çukerberqdir (134.5 milyard dollar). “Asana” şirkətinin qurucusu Dastin Moskoviç (24.1 milyard dollar) ikinci sıradadır.

Siyahının ən gənc iştirakçısı 29 yaşlı Sem Benkman-Friddir (22.5 milyard dollar). O, iki il əvvəl “FTX” kriptobirjasının əsasını qoyub. Benkman-Fridin sərvətinin təxminən yarısı tokenlərdən ibarətdir.

Dünyanın ən gənc milyarderlərinin tam siyahısı aşağıdakı kimidir:

1. Sem Benkman-Frid – 29 yaş, “FTX” kriptobirjası, 22.5 milyard dollar;

2. Evan Şpiqel – 31 yaş, “Snapchat”, 13.8 milyard dollar;

3. Bobbi Merfi – 33 yaş, ”Snapchat”, 15.2 milyard dollar;

4. Fred Ersam – 33 yaş, “Coinbase”, 3.5 milyard dollar;

5. Lukas Uolton – 35 yaş, “Walmart”, 17.2 milyard dollar;

6. Baycu Bhatt – 36 yaş, “Robinhood”, 2.9 milyard dollar;

7. Mark Çukerberq – 37 yaş, “Facebook”, 134.5 milyard dollar;

8. Dastin Moskoviç – 37 yaş, “Facebook” şirkəti, 24.1 milyard dollar;

9. Brayan Armstronq – 38 yaş, “Coinbase” kriptobirjası, 11.5 milyard dollar;

10. Neytan Bleçarzik – 38 yaş, “Airbnb” şirkəti, 10 milyard dollar.

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X