21 C
Baku
Monday, August 15, 2022

Dünyanın ən güclü rekruterləri yekdilliklə bildirirlər ki, bütün intervülərdə cəmi üç əsas sual verilir

Əsl intervüdə verilməli olan üç əsas sual aşağıdakılardır:

  1.  Siz bu işi görə bilərsinizmi?
  2.  Siz bu işi sevəcəksinizmi?
  3.  Biz sizinlə birlikdə işləyə biləcəyikmi?

Doğrudan da belədir. Onların sayı üçdür. Bir azca keçmiş haqqında düşünün, iştirak etdiyiniz müsahibələri xatırlayın. İş müsahibəsi zamanı sizin digərlərinə ünvanladığınız  və ya sizdən soruşulan suallardan hər birinin son nəticədə yuxarıda sadalanan suallardan birinə gəlib çıxdığını  görürük. Hər sual potensial baxımdan sözlər dəyişməklə müxtəlif formada soruşula bilər, lakin necə parafraz olmasından asılı olmayaraq, onlar sadəcə bu başlıqların müxtəlif şəklini dəyişmiş formalarıdır: güclü tərəflər, motivasiya və uyğunlaşma

Siz bu işi görə bilərsinizmi? –Güclü tərəflər

İcraçı tədqiqat firması olan Heidrick & Struggles-ın baş icraçı direktoru mənə izah etdi ki, söhbət təkcə texniki bacarıqlardan getmir, həm də liderlik və insanlar ilə işləmə (inter-personal) qabiliyyətləri nəzərə alınmalıdı. Texniki biliklər sizə pilləkənlər ilə irəliləməyə kömək edir. Siz ora çatanda isə, üfüqü və şaquli istiqamətdə idarəetmə daha çox əhəmiyyət kəsb etməyə başlayır.

Siz bir parça kağıza baxaraq kimin isə güclü və zərif tərəflərin hansı olduğunu deyə bilməzsiniz. Biz spesifik nümunələr ilə onların təkcə uğurla başa vurduğu işləri deyil, həm də onların nəyi səhv etdiyini və nəyə görə işlərin yaxşı getmədiyini, kifayət qədər açıq-aşkar soruşuruq, yəni nədə uğursuzluğa düçar olduqlarını, bundan necə nəticə çıxardığını, həmçinin yeni ssenaridə bundan necə yararlanacaqlarını öyrənməyə çalışırıq. Onların təkcə texniki biliklərinə diqqət yetirmək kifayət deyil. Bu zaman mənim EQ adlandırdığım, insanlar ilə ünsiyyətdə, münasibətdə və fəaliyyətdə olmaq xüsusiyyətləri də böyük rol oynayır.

Siz işi sevəcəksinizmi? –Motivasiya

Cornerstone International Group-un baş icraçı direktoru, Bill Guy motivasiyanın dəyişən təbiəti haqqında qeyd edir…
Cavan insanlar heç də çox əzmkarlıq ilə işlədiklərinə görə ödənilmək, pul qazanmaq istəmirlər- hər şey əksinədir, onlar o zaman daha çox zəhmət çəkir ki, işə o vaxt daha çox can qoyarlar ki, işlədikləri mühit ürəklərincə olsun, həmçinin də işləri ilə bağlı qarşılarına çıxan məsələlərin həlli onlarda maraq oyatsın.  Bu yeni menecment tərzinə əməl edən menecerlər işçiləri daha yaxşı cəlb edə bilir, həm də əllərində olanları daha yaxşı saxlaya bilirlər.

Biz sizinlə işləməyə dözə bilərikmi?- Uyğunlaşma

Söhbət əsnasında Heidrick’s Kelly bizə mədəni uyğunlaşmanın əhəmiyyətindən danışmağa başladı.

Mədəni uyğunlaşma çox şey deməkdir, həmçinin sizin həmin mədəniyyətə uyğunluq səviyyəniz və ya uyğunlaşa qabiliyyətinizdə mühüm rola malikdir. Əksəriyyət düşünür ki. firmaya, tamamı ilə yeni mühitə gələn lider və ya direktor, mühit haqqında hər şeyi bilir, ya da bilməlidir. Onlar  hamıya səsli mesaj göndərmək kimi xırda səhvlər edə bilərlər, bu isə həmin təşkilati mədəniyyət ilə səsləşməyə bilər və neqativ təsir göstərər. Belə olduqda, əks əlaqə və yoxlamalar çox kritik əhəmiyyətə malikdir. Əgər siz əks əlaqə yaratmasınız, sonra ümumiyyətlə yolunuzdan geri qayıtmalı olacaqsınız.

Sonra isə o, Smart Business ilə olan müsahibədə 20.000 daxili araşdırmaya əsaslanaraq eyni məqama yenə də toxunmuşdur.

Yeni direktorların 40 faizi ilk 18 aydan sonra ya təşkilatı tərk edir, ya da əksinə işdən çıxarılır. Bu heç də ona görə baş vermir ki, onlar axmaqdır. Səbəb ondadır ki, onlar bu təşkilatı mədəniyyətə uyğunlaşa bilmir, ya da ki bu mədəniyyət onlara bu sıralara qoşulmadan əvvəl onlara düzgün izah edilməyib.

Intervüyə hazırlaşma mərhələsi

Əgər siz intervünü götürən tərəfsinizsə, hansı biliklər, motivasiya və uyğunlaşma qabiliyyətləri axtardığınızı dəqiq müəyyənləşdirin. Bundan sonra artıq intervüyə rahat getmək olar. Əgər siz intervü olunan tərəfsinizsə, sizin güclü tərəfləriniz göstərəcək, sizi bu təşkilat ilə bağlı nəyin motivasiya etdiyini nümayiş etdirəcək nümunələr haqqında düşünün. Sonra isə sizin öz üstünlükləriniz ilə müəssisə davranışı, əlaqələri, dəyərləri və ətraf mühit ilə bağlı uyğunluqları göstərməyə çalışın.

Lakin yadda saxlayın ki, intervüdə əsas tapşırıq sizin özünüzü sata bilməyinizdir. Intervü prosesini, həmin müəssisənin ya da müsahibəni götürən adamın problemini həll edəcək qabiliyyətinizi üzə çıxarmaq üçün verilmiş bir şansı kimi təsəvvür edin. Buna görə də vacibdir ki, siz məhz intervü götürən şəxs üçün əhəmiyyətli olan sahədəki öz güclərinizi vurğulaya biləsiniz, bu rolun sizin üçün necə motivasiya olduğunu izah edin, həmçinin təşkilatı mədəniyyət ilə necə möhkəm vəhdət təşkil etdiyini nəzərə çatdırın.

Bu, yeni liderlər haqqında kitabında (The New Leader’s Playbook) birinci addımının böyük bir hissəsidir: Özünü uğura kökləmək!

Özünüzü lider roluna hazırlama mərhələsinin bir sıra tərkib elementləri vardır. Almaqdan öncə satmaq, “torpaqdakı minaların yerini tapmaq və onların partlamasından yayınmaq”, təşkilatın gizli risklərini üzə çıxarmaq, yeni iş yerinə uyğunlaşmaq üçün ən düzgün yanaşma seçmək.

Son xəbərlər
Oxşar xəbərlər