12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Dünyanın ən güclü smartfonu açıqlanıb

2020-ci ilin avqust ayının yekunları üzrə dünyanın ən güclü 10 smartfonu bəlli olub.

Reytinq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarının fəaliyyətini balla ölçən populyar “AnTuTu” bençmarkı tərəfindən tərtib edilib.

Reytinqdə ilk yeddi yeri “Qualcomm Snapdragon 865” platformasında qurulmuş smartfonlar tutub. Onlar arasında iyul ayında təqdim olunan ən son “Plus” versiyasında işləyən modellər də var. Bu çipli ilk cihazlar 2020-ci ilin yayının ikinci yarısında bazara çıxıb.

Reytinqdə 1-ci yeri 615 min bal toplayan mobil geymerlər üçün qeyri-adi model olan “Asus ROG Phone 3” smartfonu tutub. İkinci və üçüncü yerdə “SoC Snapdragon 865” ilə işləyən “OnePlus 8 Pro” və “Oppo Find X2 Pro” qərarlaşıb. 4-cü yeri isə gözlənilmədən elə həmin “ROG Phone 3” platformada quraşdırılmış “Samsung Galaxy Note 20 Ultra 5G” smartfonu tutub.

Reytinqdə son üç sırada xüsusi “Exynos 990” prosessorlarından istifadə olunan “Samsung” smartfonları yer alıb.

Maraqlıdır ki, bu reytinqə nə “Huawei” flaqmanları, nə də MTK prosessorlarından istifadə edən smartfonlar daxil edilməyib.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər