14 C
Baku
Şənbə, May 21, 2022

Dünyanın ən nazik göydələninin tikintisi başa çatdı

Nyu-Yorkda dünyanın ən nazik göydələni olduğu bildirilən binanın tikintisi başa çatıb.

Bu barədə binanın dizaynını həyata keçirən “ShoP” memarlıq şirkəti tərəfindən “CNN”ə açıqlama verib.

“Steinway Tower” adlanan binanın hündürlüyü və eni 24-ə 1 nisbətində dünyanın ən nazik göydələni olduğu açıqlanıb.

Bina 435 metr hündürlüklə “One World Trade Center” və “Central Park Tower”dən sonra qərb yarımkürəsində üçüncü ən hündür göydələndir.

Göydələnin fasadında müxtəlif işıqlarda və bucaqlardan baxıldığında rəng və faktura dəyişikliyi kimi görünən material olan terakota blokları var.

Qeyd edək ki, tikintisinə 2013-cü ildə başlanan 84 mərtəbəli göydələndə mənzillərin qiyməti 7,75-66 milyon dollar arasında dəyişir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər