22 C
Baku
Friday, July 1, 2022

Dünyanın ən uğurlu sahibkarları bir ildə $458 mlrd. varlanıblar

2021-ci ildə dünyanın ən uğurlu sahibkarın ümumi sərvəti 458 milyard dollar artıb.

Banker.az xəbər verir ki, bu, 2021-ci il yanvarın 1-dən dekabrın 10-dək olan dövrdə bütün milyarderlərin 1.6 trilyon dollar təşkil edən kapital qazancının dörddə birindən çoxdur.

Siyahıdakı on iş adamından altısı ABŞ-da yaşayır. İlin ən uğurlu sahibkarı “Tesla” elektrik avtomobil istehsalçısının rəhbəri İlon Mask seçilib – onun sərvəti 109.8 milyard dollar artaraq dekabrın 10-a 265.4 milyard dollar təşkil edib.

İkinci yeri Hindistanın “Adani Group” sənaye konqlomeratının rəhbəri Qautam Adani tutub – o, sərvətini 52.5 milyard dollar artırıb. Üçüncü yerdə “Google”un həmtəsisçisi Larri Peyc dayanır – milyarderin kapitalı 49.1 milyard dollar artaraq 126.3 milyard dollara çatıb.

Onlarla yanaşı, ilk beşliyə “Oracle”ın təsisçisi Larri Ellison (+47.5 milyard dollar) və “Google”un ikinci təsisçisi Serqey Brin (+46.7 milyard dollar) daxil olub. İlk onluğa Bernar Arno, Stiv Balmer, Zhanq Yiminq, Robin Zenq və Bill Qeyts daxildir. “Forbes” qeyd edir ki, dünyada 2600-dən çox milyarderin demək olar ki, 70%-i bu il sərvətlərini artırmağı bacarıb.

Son xəbərlər
Oxşar xəbərlər