10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Dünyanın ən varlı adamının şirkəti hərracda kosmosa bilet hədiyyə edəcək

Dünyanın ən varlı adamı Ceff Bezosun “Blue Origin” şirkəti onlayn-hərraca kosmosa bilet hədiyyə edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Uçuş sərnişinlərinistinadən Yer üzündən 100 km məsafədə avtonom uçuşunu təmin edəcək “New Shepard” gəmisi vasitəsilə reallaşacaq.

Hərrac üç mərhələdə keçiriləcək: 5-19 may tarixlərində kosmosa uçmaq istəyən hər bir kəs şirkətin rəsmi saytında müraciətini yerləşdirərək, uçuş üçün ödəməyə hazır olduğu məbləği qeyd edəcək; mayın 19-da potensial astronavtlar bu məbləğləri görəcəklər və hərracda iştirak etmək üçün bir-birlərinin təkliflərinə baxacaqlar; iyunun 12-də onlayn-hərrac keçiriləcək.

Qeyd edildiyi kimi, uçuş iyulun 20-nə planlaşdırılıb. Gəmi altı sərnişin daşımaq üçün nəzərdə tutulub. Sərnişinlərin olduğu kapsul paraşütlə Yerə enəcək, daşıyıcı raket isə mühərrikin köməyi ilə şaquli eniş həyata keçirəcək. Raket və gəmi sonra təkrar istifadə edilə biləcək. Xatırladaq ki, 2018-ci ildə “New Shepard” gəmisində kosmosa uçuşun $200 000 – $300 000 başa gəldiyi məlum olub.

Bildiyimiz kimi, kosmos turizmi sahəsində Bezosun “Blue Origin” şirkəti İlon Maskın “SpaceX” və Riçard Brensonun “Virgin Galactic” şirkətləri ilə rəqabət edir. Maskın şirkəti 2021-ci ilin payızında 540 km hündürlüyündə uçuş planlaşdırıb, Brensonun şirkəti isə turistlərin uçuşlarını 2022-ci ildə həyata keçirmək istəyir.

2020-ci ilin noyabrında “SpaceX” uğurla “Crew Dragon” gəmisini işə salıb. Bu, özəl şirkət tərəfindən idarə olunan ilk uçuş olub. 2021-ci ilin aprelində “SpaceX” NASA-dan Aya uçuş tenderini udub. Qeyd edək ki, namizədlər sırasında “Blue Origin” və “Dynetics” də olub. Lakin rəqiblərin narazılığı səbəbindən müqavilə dondurulub.

Son xəbərlər
Oxşar xəbərlər