26 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən varlı adamları açıqlanıb – Forbes 2024

“Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Bernar Arno ardıcıl ikinci ildir ki, dünyanın ən zəngin milyarderi olub. Bir il ərzində o, 22 milyard dollar zənginləşib və hazırda 233 milyard dollar sərvəti var.

Keçən il olduğu kimi, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, 2022-ci ildə reytinqə başçılıq edən İlon Mask 2-ci,  “Amazon”un rəhbəri Ceff Bezos isə 3-cü yeri tutub. Keçən il olduğu kimi Mask Bezosu məğlub edib: o, 1 milyard dollar daha çox qazanıb.

“Forbes World’s Billionaires”in siyahısına əsasən, dünyanın ən zəngin 20 adamının sərvəti 2.48 trilyon dollar olaraq qiymətləndirilir.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin ilk 10-luğa qayıtması gözlənilməz olub. İl ərzində o, 100 milyard dollardan çox qazanıb və 4-cü yeri tutub.

Bu ilin ilk 20-liyində yalnız bir qadın var – Fransuaza Bettencourt-Myers, “L’Oréal” kosmetika imperiyasının sədr müavininin sərvəti 99.5 milyard dollara qədər artıb.

Son xəbərlər
Digər xəbərlər