5 C
Baku
Bazar, Noyabr 28, 2021

Dünyanın ən varlı ailələri hansılardır?

Dünyanın ən varlı 25 ailəsi ümumilikdə 1.5 trilyon dollar sərvətə sahibdir.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ailələr COVID-19 pandemiyasından ciddi mənada təsirlənməyib, əksinə sərvətlərini qoruyublar.

Bloomberg-in hazırladığı siyahıya birinci nəsil və tək bir insan tərəfindən idarə olunan sərvətə sahib ailələr daxil edilməyib.

2021-ci ilin sentyabr ayı etibarilə dünyanın ən varlı ailəsi ABŞ-ın Ualton ailəsidir. “Walmart Inc & Sam’s Club” şirkətinin qurucusu və hal-hazırda 48%-inə sahib olan bu ailənin sərvəti 238.2 milyard dollardır. “Walmart” dünya üzrə 10 500-dən çox mağazadan 559 milyard dollarlıq satışla gəlir baxımından dünyanın ən böyük pərakəndə mağazalar zənciridir.

waltonn

 

İkinci və üçüncü yerləri də ABŞ-dan olan ailələr bölüşürlər. Bunlar müvafiq olaraq 141.9 milyard dollar sərvət ilə Mars ailəsi və 124.4 milyard dollar sərvətə sahib Koç ailəsidir.

marss

 

koch

Dördüncü sırada Fransanın Hermes ailəsi gəlir və bu ailə 111.6 milyard dollara sahibdir. Hazırki varislər ailənin altıncı nəsil varisləridir.

hermes

Beşinci sırada 100 milyard dollar sərvət ilə Səudiyyə Ərəbistanının Əl Səud ailəsi qərarlaşıb. Qeyd edək ki, kral ailəsi siyahıya daxil olan tək ərəb ailəsidir.

Saudi Royal family houseofsaud

 

Son xəbərlər
Oxşar xəbərlər
X