21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Dünyanın ən varlı ölkələrindən biri zibil bataqlığına çevrilib

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyanın ən varlı ölkələrindən biri, əsas gəlir mənbəyi turizm və neft ixracatı olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) zibil bataqlığına çevrilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bu, Çinin xarici tullantıların növbəti mərhələdə utilizasiya edilməsi üçün idxalından imtina etməsi ilə müşayiət olunur. “Bloomberg”in verdiyi məlumata görə, BƏƏ dünyanın ən böyük tullantı emalı zavodlarından birini tikərək, zibil probleminin öhdəsindən müstəqil şəkildə gəlmək qərarına gəlib.

Tullantıları yandıracaq və elektrik enerjisinə çevirəcək zavod Dubayda tikiləcək. Onun tikintisi ölkəyə təxminən 1.1 milyard dollara başa gələcək. Obyekt “Bee’ah” adlı zibilxananı bağlamağa və yerində 120 meqavat gücündə günəş elektrik stansiyası salmağa imkan verəcək.

Planlaşdırılan bütün zavodlar işə başlayanda BƏƏ məişət tullantılarının 60%-ni təkrar emal edə biləcək. Buna baxmayaraq, ölkə burada bir problemlə üzləşəcək. Tullantıların yandırılması zibilxanaların sayını azaldır, lakin atmosferə daha çox istixana qazının buraxılmasına səbəb olur. Qeyd edək ki, dünyada zibilin yalnız 11%-i yandırılır, buna görə BƏƏ-nin bu varianta üstünlük verməsi mütəxəssislərə təəccüblü gəlir.

Daha əvvəl zibil Çinə idxal edilirdi, son illərdə isə ÇXR bunu qadağan edib. Ekoloqlar həmçinin Türkiyədən də tullantı ixracını dayandırmağı tələb edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər