18 C
Baku
Çərşənbə, May 25, 2022

Dünyanın ən varlı qadınları – “Forbes 2022”

“Forbes USA” dünyanın ən varlı qadınlarının reytinqini tərtib edib. Vurğulanır ki, 2 668 milyarder arasında qadınların sayı azdır – cəmi 327 nəfər.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu qadınların ümumi sərvəti (kapitalını həyat yoldaşı, uşaq, qardaş və bacı ilə bölüşənlər də daxil olmaqla) keçən ilki 1.53 trilyon dollarla müqayisədə 1.56 trilyon dollar olaraq qiymətləndirilib.

Siyahıdakı qadınların əksəriyyəti (226-sı) sərvətini miras alıb. Onlar arasında dünyanın ən varlı üç qadını var: “L’Oréal” və “Walmart”ın təsisçilərinin varisləri Fransuaza Betankur-Mayers və Elis Uolton, o cümlədən həyat yoldaşının ölümündən sonra “Koch Industries” şirkətinə sahiblənən Culiya Kox.

Dünyanın ən varlı qadınları:

  1. Fransuaza Betankur-Mayers ($74.8 mlrd.)
  2. Elis Uolton ($65.3 mlrd.)
  3. Culiya Kox ($74.8 mlrd.)
  4. Makkenzi Skott ($43.6 mlrd.)
  5. Jaklin Mars ($31.7 mlrd.)
  6. Cina Raynhart ($30.2 mlrd.)
  7. Miriam Adelson ($27.5 mlrd.)
  8. Süzanna Klatten ($24.3 mlrd.)
  9. Ayris Fontbona ($22.8 mlrd.)
  10. Ebiqeyl Conson ($21.3 mlrd.).
Son xəbərlər
Oxşar xəbərlər