Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlandı – Azərbaycan 89-cu yerdədir. Finlandiya dördüncü dəfədir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “World Happiness Report” reytinqində deyilir.
Qeyd edək ki, “World Happiness Report” hər il BMT-nin Davamlı İnkişaf Həlləri Şöbəsi tərəfindən tərtib olunur. Reytinq dünyanın 149 ölkəsi arasında qiymətləndirmə aparır. İlk dəfə dünyanın ən xoşbəxt ölkələrinin sıralaması 2012-ci ildə yayımlanıb.
İslandiya, Danimarka, İsveçrə, Hollandiya, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstriya ilk onluğa daxil olub. ABŞ 14-cü, İngiltərə 18-ci, Fransa isə 20-ci yer alıb.
Keçmiş SSRİ ölkələri arasında Estoniya və Litva liderlik edirlər – müvafiq olaraq 28 və 29-cu sıranı tuturlar. Azərbaycan 89-cu, Qırğızıstan 33-cü, Latviya 34-cü, Qazaxıstan 36-cı, Moldova 49-cu, Rusiya 60-cı, Tacikistan 62-ci, Ukrayna 69-cu, Gürcüstan isə 73-cü yerdədir.






