3 C
Baku
Monday, March 4, 2024

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib

Bazar ertəsi açıqlanan World Happiness Report 2023 hesabatına görə, Finlandiya ardıcıl altıncı il ən xoşbəxt əhalisi olan ölkə mövqeyini qoruyub. Reytinq müxtəlif ölkələrdə insanların həyatlarından nə dərəcədə razı olduqlarını araşdırır. Finlandiya ilə yanaşı, ilk üçlüyə Danimarka və İslandiya daxil olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu il İsrail beş pillə irəliləyərək dördüncü, Hollandiya isə beşinci yerdə qərarlaşıb. İlk onluğa daxil olan digər ölkələr İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya olub.

Hesabatın tərtibatçıları həyatın qiymətləndirilməsində gəlir, sağlamlıq, insanların həyatında güvəniləcək kimsənin olması, həyati vacib qərarların qəbulunda azadlıq hissi, səxavət və korrupsiyanın olmaması kimi amilləri nəzərə alıb.

2012-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 20 mart tarixini Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd edib və bu, “xoşbəxtliyə can atmaq insanın əsas məqsədidir” fikrini təbliğ edir.

Son xəbərlər
Digər xəbərlər