26 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən yavaş hərəkət edən saatları

Biz bu saat əqrəbinin sürətini hesablaya bilmərik, o hətta insan ömrünün uzunluğu ilə müqayisə edilə bilməz. Dünyadakı ən yavaş hərəkət edən əqrəbin isə bir dövrəni tam başa vurması üçün 25800 il tələb olunur. Bu da Yer kürəsinin öz oxu ətrafında fırlanması prosesinə bərabərdir. Bu heyrətamiz saat mexanizmini astronom-alim Lui Zimmer hazırlayıb. 

Zimmer saatları Zimmer qülləsi ilə ayrılmaz şəkildə bağlıdır. Bu Lir şəhərində (Belçika) yerləşən orta əsrlərə aid müdafiə qalasıdır. Böyük ehtimalla qüllə 1425-ci ildə inşa edilib, belə ki, onun inşa edilməsinin dəqiq tarixi məlum deyil. 1812-ci ildə qüllə şəhər rəhbərliyi tərəfindən satılsa da, I dünya müharibəsindən sonra sökülməsi üçün yenidən geri satın alındı.

Bununla yanaşı, 1928-ci ildə Lui Zimmer şəhəri yubiley saatlarını hədiyyə etdi. Saatın özü tərkibində digər kiçik saatları birləşdirirdi və bu kiçik saatlar rəqəmlərin yerində yerləşmişdi. Bununla yanaşı bu saatlar özündə tarixi, ilin fəslini, suyun çəkilməsi və qalxması saatlarını, ayın tsiklini və etaplarını, günəş və adi saatların fərqlərini, zodiak işarələrini, günəş tsiklini, həftənin günlərini, ayları, qlobuusn təsvirini əks etdirirdi. Saatları köhnə bir qüllədə yerləşdirməyi qərara aldılar və təbii ki, bunun üçün ilk növbədə onu inşa etmək lazım idi. Saatı tərtib edənin şərəfinə qülləni Zimmer adlandırdılar.

1960-cı ildə qüllənin yanında yeni saatlar üçün pavilyon inşa edildi. Bu Zimmerin növbəti şah əsəri – Möcüzəvi saatlar idi. Bu saatlar 1935-ci ildə Brüsseldə keçirilən ümumdünya sərgisi üçün hazırlanmışdı. Bu saatlardan birinin ətrafında yuxarıda qeyd etdiyimiz dünyanın ən yaxaş sürətli əqrəbi hərəkət edir.

Bu möcüzəvi saatlar Eynşteynin heyrətinə səbəb olmuşdu və o Zimmeri bu inanılmaz mexanizmin yaradılması münasibətilə təbrik etmişdi.

Hazırda Zimmer qülləsi və Möcüzəvi saatlar pavilyonu muzey olaraq fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər