Dünyanın ən yaxşı 5 biznes kitabından  biri olan “Hərb sənəti”ndən önəmli sitatlar

0

Dünyanın ən yaxşı 5 biznes kitabından biri olan Çin hərb nəzəriyyəçisi və strateqi Sun Tzu tərəfindən yazılan “Hərb sənəti” (Art of War) kitabından bəzi önəmli sitatlar :

  1. Yalnız müharibənin vurduğu ziyanları axıra qədər yaxşı bilən adam onu xeyir gətirəcək üsulla apara bilər.
  2. Bütün hallada düşmənlə vuruşub onu döyüşdə məğlub etmək ən yaxşı nəticə deyil,ən yaxşı nəticə düşmənin iradəsini və müqavimətini vuruşmadan qırmaqdır.
  3. Öz qəzəbinni idarə edə bilməyən sərkərdə əsgərlərini qaynaşan qarışqa topası kimi hücuma göndərəcək.
  4. Bacarıqlı insan döyüşsüz qalib gəlir
  5. Əgər gücün on dəfə çoxdursa. Mühasirəyə al. əgər beş dəfə çoxdursa ordunu ikiyə böl. Güclər bərabərdirsə vuruşa bilərsən, bir az zəifdirsə yan keç.
  6. Üç halda uğursuzluq olur: bacara bilməyəcəyini bildiyin halda hücum, şəraiti nəzərə almadan idarə,  heç kimə fərq qoymadan əmr
  7. Qərarsızlıq və inamsızlıq qələbəni əldən çıxarır.
  8. Məğlub olma ehtimalını aradan qaldırıb, məğlub etmə imkanını gözləmək
  9. Əsl sərkərdə əvvəl qalib gəlir, sonra döyüşə girir, məğlub olacaq sərkərdə isə əvvəl döyüşə girir , sonra qələbə axtaır.
  10. Qərarın keyfiyyəti qızılquşun öz qurbanı üzərinə şığıyıb onu alması kimidir.
  11. Yaxşı döyüşçü hücumda cəld , qərarı tez verəndir.
  12. Güc yayın dartılmasına bənzəyir; qərar, oxun buraxılmasına
  13. Rəqibi özünlə çox diqqətlə müqayisə et, hansı yerdə artıq, hansı yerdə əskik olduğunu öyrən
  14. Sənə qələbə gətirmiş bir taktikanı ikinci dəfə təkrar etmə. Metodlarısa müxtəlif variantlarda istifadə et
  15. Planların qaranlıq gece kimi görünməz olsun
  16. Çılğınlıq fəlakətə, qorxaqlıq təslimçiliyə,aparır
  17. Çayı keçəndən sonra oradan uzaqlaş
  18. İtaətli danışıq hücum, kəskin danışıq geri çəkilmə anlamındadır
  19. Insanpərvərcəsinə rəftar edib, dəmir intizam tələb etmək
  20. Irəli gedərkən şöhrət haqqında düşünmə, geri çəkilərkən rüsvayçılıqda qorxma .

Qələbə qazanmağın 5 əsas şərti var:

  1. Nə vaxt döyüşmək və nə vaxt döyüşməmək lazım olduğunu bilmək
  2. Üstün və zəif gücü necə istifadə etmək lazım olduğunu bilmək
  3. Bütün heyəti eyni ruh ilə irəli aparmaq
  4. Rəqibi hazırlıqsız yaxalamaq
  5. Özünü və düşmənini tanıyırsansa qələbən sübhə doğurmur


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Müəllif:
Aliyə Nuruyeva