31 C
Baku
Monday, June 17, 2024

Dünyanın ən yaxşı aviaşirkətləri bəlli olub

Dünyanın ən yaxşı aviaşirkətlərinin adları açıqlanıb.

“RİA Novosti”yə istinadən, nəticələr “TripAdvisor” səyahət portalının ötən il istifadəçilər arasında keçirilmiş qiymətləndirmələr əsasında əldə olunub.

Nəticələrə görə, Sinqapurun “Singapore Airlines” şirkəti dünyada ən yaxşı aviaşirkət hesab olunub. İkinci və üçüncü yerləri Qətərin “Qatar Airways” və Tarvanın “EVA Air” şirkətləri bölüşüb.

Siyahının növbəti sıralamasında BƏƏ-nin “Emirates” və Yaponiyanın “Japan Airlines” şirkətləri ilk beşliyi tamamlayıb. ABŞ-ın “Southwest Airlines”, Braziliyanın “Azul”, Yeni Zelandiyanın “Air New Zealand” aviaşirkətləri, Böyük Britaniyanın ucuz biletlər portalı “Jet2.com” və Yaponiyanın “All Nippon Airways” şirkəti də ilk onluğa daxil olub.

Bununla yanaşı, sərnişinlərin fikrinə görə, “Emirates” şirkəti ən yaxşı birinci sinif, “Qatar Airways” şirkəti ən yaxşı biznes sinif, “Air New Zealand” və “Singapore Airlines” şirkətləri isə ən yaxşı premium-ekonom və ekonom siniflər təklif edib.

ONA

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər