23 C
Baku
Sunday, July 3, 2022

Dünyanın ən yaxşı kompaniyalarının iş müsahibələrində ən gözlənilməz suallar

Hamımız iş müsahibələrində elə sualların şahidi olmuşuq ki, bizi yerimizdəcə dondurub, ya da təəccübümüzdən özümüzü itirmişik. Bu tip suallara nə qədər də hazırlaşsan, potensial işə götürən səni heyrətləndirə və gözlənilməz situasiyada yaxalaya bilər. Google və Dell kimi iri kompaniyalarda, həmçinin LivingSocial kimi startup-larda namizdələrə bu tip suallar vermək adi hala çevrilmişdir.

Biz Glassdoor xidmətinin bazasını araşdırdıq və o tip suallardan ən qəribələrini seçdik. Bu məhz o suallardır ki, onların dünyanın ən aparıcı kompaniyalarının iş müsahibələrində veriblər.

Amazon: Ceff Bezos sizin kabinetə daxil olur və söyləyir ki, sizin bir milyon dollarınız var və siz özünüzün ən super biznes-ideyanızı gerçəkləşdirə bilərsiniz. Bu hansı ideya olar?

MasterCard: Siz “Aşbaz Abbas aş asmış, asmışsa da az asmış ” (hər hansı bir yanıltmac) deyə-deyə, eyni zamanda alıcıya paltaryuyan maşın sata bilərsiniz?

Dell: Hansı mahnılar sizin işə münasibətinizi daha yaxşı təsvir edir?

Jiffy Software: Siz nə vaxtsa işdəki qələmləri götürərək, evə daşımısınız?

Google: Kanadada nə qədər inək var?

Kimberly-Clark: Əgər siz telefonun zəngini söndürmüsünüzsə, amma telefon səssiz rejimdə olmasına rəğmən yenə də möhkəm şəkildə zəng səslənsə, siz mənə nə deyərdiniz?

LivingSocial: Sizin ən sevimli mahnınızın adı nədir? Onu elə indi ifa edə bilərsiniz?

Zappos: Siz hansı super-qəhrəman olmaq istərdiniz və əgər işdə belə bir imkan olsaydı hansı super qəhrəmanın kostyumunu geyinmək istərdiniz?

 Gallop: Maşında tək olanda nə haqda düşünürsünüz?

JetBlue: Empire State Building-in həcmində qüllə ucaltmaq üçün neçə dənə 25-lik lazımdır?

Clark Construction Group: İndi bu qapıdan başında iri gün şlyapası olan pinqvin daxil olacaq, sizcə o nə deyəcək və niyə burdadır?

PricewaterhouseCoopers: Mən xanımımla məzuniyyətə getməyə hazırlaşıram. Siz bizə istirahətə hara getməyi məsləhət görərdiniz?

Bain and Company: Nyu-Yorkda təqribən nə qədər pəncərə var?

Apple: Siz hansı heyvan olmaq istərdiniz və nəyə görə?

Son xəbərlər
Oxşar xəbərlər