10 C
Baku
Saturday, March 2, 2024

Dünyanın ən yaxşı restoranı bağlanır – Fotolar

Dəfələrlə dünyanın ən yaxşı restoranı seçilən, Kopenhagendə yerləşən “noma” restoranı 2024-cü ilin sonunda qapılarını bağlayacağını açıqlayıb.

Banker.az xəbər verir ki, restoranın İnstaqram hesabında verilən açıqlamada “noma olmağa davam etmək üçün dəyişməliyik. 2024-cü ilin qışı “noma”nın son mövsümü olacaq” yazılıb.

“2025-ci ildə restoranımız nəhəng bir laboratoriyaya çevriləcək. Biz fəaliyyətimizi yemək innovasiyası üzərində işləməyə və yeni dadlar yaratmağa həsr edən qabaqcıl sınaq (test) mətbəxi olacağıq və səylərimizin bəhrəsini əvvəlkindən daha geniş şəkildə bölüşəcəyik. Vaxtımızın çoxunu yeni kəşflər və daha çox ideyalara sərf edəcəyik. Müştərilərə xidmət hər zaman kimliyimizin bir parçası olacaq, lakin biz sadəcə bir restoran olmayacağıq” restoranın vebsaytında deyilir.

Adı dan dilində “nordisk” (Skandinaviya) və “mad” (yemək) sözlərinin qısa versiyası olan “noma” 2003-cü ildə Kopenhagenin mərkəzində açılıb. 2016-cı ildə restoran bağlanıb və iki ildən sonra şəhər mərkəzindən uzaqda, ağaclarla əhatə olunmuş ərazidə yenidən açılıb. Dünyanın bir çox yerindən rezervasiya edərək gələn qastro-turistlər restoranda adambaşına 500 dollar ödəyirdilər. Restoran müntəzəm olaraq “Dünyanın 50 ən yaxşı restoranı” siyahısında ilk 3-lükdə yer alır.

“noma”nın dünya şöhrətli aşpazı René Redzepi, şam qozalarını yeməli hala gətirən aşpaz kimi, qastronomiya dünyasındakı yaradıcılığına görə təriflənir. Həmçinin, o, pandemiyanın davam etdiyi 2020-ci ilin yayında bir ay ərzində restoranı şərab və burger barına çevirmişdi.

İndi restoranın diqqəti yaradıcılığa yönəldilsə də, Kopenhagendə və ya dünyanın müxtəlif yerlərində restoranlarda “noma” yeməklərindən yemək mümkün olacaq. Məsələn, “noma” yazda – martın 15-dən mayın 20-dək iki ay müddətinə Kyotoda müvəqqəti olaraq açılacaq.

 

noma3 scaled

noma

noma2 noma1

Son xəbərlər
Digər xəbərlər