Dünyanın ən yaxşı və pis pensiya sistemi olan ölkələrin adları açıqlandı

0

Dünyanın ən yaxşı pensiya sistemləri Hollandiya və Danimarkadadır. Bu nəticə Monash Universitetinin Maliyyə Tədqiqatları Mərkəzi (Melbourne Mercer Global Index, MMGPI) və Mercer konsaltinq şirkətinin “Qlobal Pensiya İndeksi” tədqiqatında yer alıb.

Qeyd edək ki, dünya əhalisinin 9%-ni pensiyaçılar təşkil edir. BMT-nin verdiyi məlumata görə, 2070-ci ilə qədər bu göstərici 20%-ə çatacaqdır. “Müxtəlif ölkələrin pensiya sistemləri artan ömür uzunluğu və yaşlı insanların sağlamlıq və rifahının dəstəklənməsinə ayrılan resurslara dövlətin göstərdiyi təzyiq ilə üzləşirlər”, – deyə Mercer-in əməkdaşı olan David Nox bildirir. O, dövlət adamlarını gələcək pensiyaçıların rifahının təmin edilməsi üçün ölkələrindəki pensiya sistemlərinin üstünlükləri və çatışmazlıqlarını təhlil etməyə çağırdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xatırladaq ki, bu tədqiqat 2009-cu ildən bəri keçirilir, həmin dövrdə reytinqə cəmi 9 ölkə daxil idi. Oktyabrın 22-də nəşr olunan yeni MMGPI-2019 tədqiqatı, dünya əhalisinin 63%-ni əhatə edən 37 ölkəni əhatə edir. 

Qeyd edək ki, tədqiqatda 40 göstəricidən istifadə olunur. Ümumi balın 40%-ni pensiya sistemin xarakterizə edən göstəricilər təşkil edir, məsələn, orta aylıq əmək haqqı məbləğində pensiyanın payı və ya ölkədə ev təsərrüfat borcunun səviyyəsi (ÜDM-un neçə faizini təşkil edir). 

Pensiya sisteminin sabitliyi (ümumi pensiya aktivləri, pensiya təminatları, demoqrafik göstəricilər, dövlət borcu, ÜDM-in artımı) ümumi göstəricilərin 35%-ni təşkil edir. Daha 25% isə “pensiya sisteminin bütövlüyü” nün payına düşür (pensiya sisteminin tənzimlənməsi, idarə edilməsi və əməliyyat xərcləri). 

Ümumi balı 80-dan yuxarı olan ölkələr “A” kateqoriyasına daxil edilir. Tədqiqatın müəllifləri bu ölkələrin pensiya sistemlərini pensiyaçılara yaxşı maddi dəstək verən, sabit və yüksək səviyyədə bütövlük ilə xarakterizə edirlər. MMGPI-2019 reytinqində bu tərifə iki ölkə uyğundur: Hollandiya və Danimarka. “B” kateqoriyasına (65-80 bal) bir çox üstünlükləri olan, lakin təkmilləşmə tələb edən pensiya sistemləri daxildir (11 ölkə – Avstraliya, Finlandiya, İsveç, Norveç, Sinqapur, Yeni Zelandiya, Kanada, Çili, İrlandiya, İsveçrə və Almaniya). “C” kateqoriyasına (50-65 bal) bir sıra müsbət xüsusiyyətlərə malik olan, lakin çatışmazlıqların qısa bir zamanda aradan qaldırılmasını tələb edən pensiya sistemləri daxildir (Hong-Kong, ABŞ, Malayziya, Fransa, Peru, Kolumbiya, Polşa, Səudiyyə Ərəbistanı, Braziliya, İspaniya, Avstriya, CAR, İtaliya və İndoneziya). “D” kateqoriyasına çatışmazlıqları aradan qaldırlmadığı təqdirdə gələcəyi sual altında olan pensiya sistemləri daxildir (Cənubi Koreya, Çin, Yaponiya, Hindistan, Meksika, Filippin, Türkiyə, Argentina və Tailand). 

Reytinqə daxil olan 37 ölkənin heç biri “E” kateqoriyasına daxil edilməyib (pensiya sistemi inkişaf mərhələsində olan ölkələr). 

 

1. Niderland (Hollandiya)

Amsterdam

Topladığı Bal: 81

Hollandiya ikinci ildir ki, ən yaxşı pensiya sistemi olan ölkələrin siyahısındadır. Ölkədəki pensiya gəlirlərinə dövlət tərəfindən müəyyən edilmiş əsas pensiya və işçilərin əksəriyyətinin aldığı əmək müqavilələrinə əsasən hesablanmış peşəkar pensiya daxildir. Pensiya sistemi ev təsərrüfatına çəkilən xərclərin azaldılması, işçi qüvvəsinin və əhalinin məşğulluq səviyyəsinin artırılması yolu ilə yaxşılaşdırmaq mümkündür. 

2. Danimarka

Photo taken in Nymindegab, Denmark

Topladığı bal: 80,3

Danimarka 2012-ci ildən 2017-ci ilə qədər reytinqin birincisi, 2019-cu ildə isə ikincisi olub. Danimarkanın pensiya sistemi ev təsərrüfatına çəkilən xərclərin azaldılması və yaşlı insanların məşğulluq səviyyəsinin artırılması yolu ilə təkmilləşdirilə bilər. 

3. Avstraliya

Topladığı bal: 75,3 

Avstraliyanın pensiya sistemi pensiyaçılara dövlət büdcəsindən ayrılan və işəgötürənlərin müəyyən etdiyi məbləğin verilməsini nəzərdə tutur. Ölkənin pensiya sistemini orta ömür uzunluğunun artması hesabına pensiya yaşının artırılması yolu ilə yaxşılaşdırmaq mümkündür. 

4. Finlandiya

Helsinki

Topladığı bal: 73,6 

Finlandiyanın pensiya gəliri dövlət büdcəsindən ayrılan əsas hissədən və əmək haqqının səviyyəsindən hesablanan ödənişdən ibarətdir. Sistem aztəminatlı pensiyaçılar üçün minimum pensiyanın artırılması və ömrün uzunluğu artdıqca yaşlı insanların iş qüvvəsində nisbətinin artması hesabına təkmilləşə bilər. 

5. İsveç

Topladığı bal: 72,3 

İsveçin pensiya sistemi 1999-cu ildə islah edilmişdir. Yeni sistem dövlət tərəfindən müəyyən edilmiş əsas pensiyanı və gəlirlərdən hesablanan məbləği nəzərdə tutur. Mövcud pensiya sistemi pensiya yaşının artırılması yolu ilə təkmilləşdirilə bilər.

33. Meksika

Topladığı bal: 45,3 

2019-cu ildən bəri, 68 yaşına çatmış hər bir meksikalı qocalıq pensiyası almağa başlayır. Pensiya sisteminin yaxşılaşdırılmasına kömək edə biləcək amillər arasında özəl pensiya sisteminin daha da yaxşı tənzimlənməsinin təkmilləşdirilməsi ola bilər.

34. Filippin

MANILA

Topladığı bal: 43,7 

Filippində pensiya müavinətləri pensiyanın baza hissəsindən və əmək haqqının səviyyəsindən hesablanan məbləğdən ibarətdir. Ölkə sakinləri pensiya fonduna ən azı 120 ay ərzində ödəmələr etdikləri təqdirdə, ömürlük pensiya ala bilərlər. Sistem kasıb yaşlılara göstərilən dəstəyin və pensiya fonduna ödəmələr edən işçilərin sayının artırılması yolu ilə yaxşılaşdırıla bilər.

35. Türkiyə

Topladığı bal: 42,2 

Türkiyədəki pensiyaçılar gəlir əsasında hesablanan dövlət pensiyasını alırlar. Sistem ən yoxsul yaşlı insanlara verilən dövlət pensiyasının artırılması yolu ilə təkmilləşdirilə bilər.

36. Argentina

Topladığı bal: 39,5 

Argentinanın pensiya sistemi gələcək pensiyaçının əmək haqqının səviyyəsini və könüllü pensiya sxemlərində iştirak amilini nəzərə alır. Sistem kasıb yaşlı insanlara verilən minimum pensiyanın və ev təsərrüfatlarının əmanətlərinin artırılması yolu ilə təkmilləşdirilə bilər.

37. Tailand

Women practice tai chi at Lumphini Park in Bangkok, Thailand, on Sunday, March 15, 2015. Almost a third of Thailand’s population will be over 60 by 2050, according to the United Nations. That puts the country at a disadvantage among the Association of Southeast Asian Nations just as rising costs in China are pushing manufacturers to find new bases in the region. Photographer: Brent Lewin/Bloomberg via Getty Images

Topladığı bal: 39,4 

Tailandın pensiya sistemi yaşlılıq pensiyası və işəgötürən tərəfindən maliyyələşdirilən və fərdi əmanət fondlarının ödənişlərini nəzərdə tutur. Ölkənin pensiya sistemi ən kasıb yaşlı insanları dəstəkləmək və minimum pensiya ödəmələrini tətbiq etməklə təkmilləşdirilə bilər.