16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Dünyanın ən zəngin 500 insanı bir gündə 240 mlrd. dollara yaxın pul itirdi

Screen Shot 2021 09 02 at 14.34.20

Beynəlxalq birjalarda neftin qiymətinin kəskin ucuzlaşması ilə dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard ABŞ dolları itirib.

2020-ci il ərzində analoji biznesmenlərin ümumi itkisi 500 milyard ABŞ dollarına çatıb.

Məlumata görə, meksikalı iş adamı Karlos Slim bir gündə 6,01 milyard ABŞ dolları, dünyanın ən zəngin insanı “Amazon”un icraçı direktoru Jeff Bezos 5,6 milyard ABŞ dolları, lüks mallar nəhəngi “LVMH” İdarə Heyətinin sədri (CEO) Bernard Arnault isə 4,36 milyard ABŞ dolları zərərə düşüb.

Qeyd edək ki, dünən Avropa birjalarında 6-12% həddində, ABŞ birjaları isə 7% həddində azalma qeydə alınıb. Bundan başqa, hesabat dövründə 500 ən zəngin insandan yalnız 17-si gəlirini artırıb.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər