Jeff Bezosa məxsus smartfonun “hack” edilməsində Səudiyyə şahzadəsinin iştirak etdiyi üzə çıxıb

Jurnalistlər “Amazon” şirkətinin direktoruna – Jeff Bezosa məxsus olan smartfonun “hack” edilməsində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın əli olduğunu güman edirlər. Bu barədə mənbələrə istinadən “The Guardian” yazıb.

 Banker.az xəbər verir ki, “Bloomberg” və “Financial Times” in həmsöhbətləri aparılan araşdırmanın nəticələri ilə razılaşıblar.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Araşdırma Səudiyyə Ərəbistanının şahzadəsinə məxsus nömrədən gələn mesajın içində zərərli video faylın olduğunu göstərdi. Adı gedən video 2018-ci il mayın 1-də göndərilib, həmin dövrdə Bezos və bin Salman arasında olduqca səmimi mesajlaşma gedib.

Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanın əsas məqsədi Bezosa zərər vermək olub, çünki məlum olduğu kimi, kolumnist Camal Haşşogginin Türkiyədə öldürülməsi haqqında yazan  “The Washington Post” qəzeti milyarderə məxsusdur. Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirliyi bu ittihamları rədd edərək, öz “Twitter” hesabında krallığın bu hücumun təşkilində iştirak etməsi məsələsinin absurd olduğunu bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları