27 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən zəngin adamı sərvətinin 0.001%-ni astronavtika muzeyinə bağışladı

Dünyanın ən zəngin adamı və “Amazon” şirkətinin qurucusu Ceff Bezos sərvətinin 0.001%-ni, yəni 200 milyon dollar vəsaiti astronavtika muzeyinə bağışlayıb. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə muzey və elmi-tədqiqat kompleksinin saytında deyilir.

Sənəddə qeyd edilir ki, bu, muzeyin yarandığı 1846-cı ildən bəri “ən böyük ianədir”. Məbləğin 70 milyon dolları Milli Aviasiya Muzeyinin renovasiyasına xərclənəcək. O, Smitson İnstitutu kompleksinin bir hissəsi olan muzeylər arasında ən böyüyü sayılır. Qalan 130 milyon dollar yeni təhsil mərkəzinin yaradılmasına xərclənəcək.

Göstərilən mərkəz Vaşinqtonda yerləşəcək və Bezosun adını daşıyacaq. “Bloomberg” agentliyinin tərtib etdiyi reytinqdə Bezos dünyanın ən varlı insanları arasında birinci yeri tutur. Onun sərvəti 211 milyard dollar dəyərində qiymətləndirilir. Sahibkar “Blue Origin” aerokosmik şirkətin qurucudur.

Son xəbərlər
Digər xəbərlər