27 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən zəngin adamlarının sərvəti yeni tarixi rekorda çatıb

Dünyadakı milyarderlərin maliyyə vəziyyəti 2020-ci il iyulun sonunda 10,2 trilyon dollara çatıb ki, bu da yeni tarixi rekorddur.

Banker.az xəbər verir ki, bu barədə İsveçrənin ən böyük bankı UBS və PwC beynəlxalq konsaltinq şirkəti məlumat verib.

“Bu səviyyə əvvəlki rekordu (2017-ci ilin sonunda qeydə alınıb və 8,9 trilyon dollar təşkil edib) keçib”, – məruzədə deyilir. Bundan əlavə, məruzədə qeyd olunur ki, bu ilin aprel ayının əvvəlindən bəri artım 27,5% təşkil edib. Təşkilatlar 2020-ci ildə dünyada milyarderlərin sayının 2189 nəfərədək artığını vurğulayırlar. Xatırladaq ki, aprelin əvvəlində bu göstərici 2058 nəfər olmuşdur.

UBS və PwC-in qiymətləndirmələrinə görə, Rusiya milyarderlərinin maliyyə vəziyyəti 2020-ci il 31 iyul tarixi üçün 467,6 milyard dollar (20% artım), Çin milyarderlərinin maliyyə vəziyyəti isə 1,68 trilyon dollar (41% artım) təşkil edir.

“İndiki milyarderlər təlatümlü dövrdə yaşasalar da, yeniliklərin vaxtıdır. 2020-ci ildə Covid-19 böhranı hökm sürdüyü üçün, yeni texnologiyaların axını potensialı əvvəlkindən daha çoxdur”, – məruzədə deyilir.

Qeyd edək ki, UBS və PwC dünyanın 43 ölkəsindən olan 2 mindən çox milyarderi tədqiq ediblər. Dünya sərvətinin 98%-i onların payına düşür.

Son xəbərlər
Digər xəbərlər