Dünyanın ən zəngin insanları öz karyeralarına nədən başlayıblar?

Doğurdanmı təşəbbüskar uşaqlar böyüdükdə sahibkarlara çevrilirlər? ABŞ-ın ən zəngin insanlarının həyat hekayələri bu suala müsbət cavab verir.

Forbes dünyanın ən zəngin 400 insanı arasında sorğu keçirərək, onların ilk biznesinin nə olduğunu müəyyən etdi. Məlum olub ki, reytinq iştirakçılarının əksəriyyəti sahibkarlıq potensialını artıq erkən yaşlarından nümayiş etdirməyə başlayıblar (kimsə mumdan şam düzəldirdi, kimsə kinoteatrda akkordeon çalırdı).

Bəziləri (danışmaz əmlak maqnatı Richard Piri də daxil olmaqla) gənc yaşlarında qeyri-adi sərmayələr edirdi. Piri hələ məktəbli olarkən qəpik əvəzinə saqqız verən avtomatların hamısını almışdır. Bundan əlavə, o, iş ortağı John Arrilaga ilə birlikdə kənd təsərrüfatı sahələrini əldə etmişdir, informasiya texnologiyalarının bumu ərəfəsində bu sahələr ofis parklarına çevrildi.

Dallas Cowboys-un sahibi olan Jerry Jones, doqquz yaşından valideynlərinin ərzaq mağazasında müştəri qarşılamağa başlayıb. Stine Seed-in qurucusu Harry Stein isə beş yaşından traktor sürdüyünü, eyni zamanda ABŞ-ın Ayova ştatında qoz təmizləyib satdığını söyləyir.

Təsadüfi və ya məqsədli təşəbbüslər, bu uşaqları günümüzün milyarderlərinə çevirdi.

Bill Gates

Mülkü: $106 mlrd.

16 yaşında Microsoft-un qurucusu hələ orta məktəbdə olarkən Vaşinqton ştatının elektrik şəbəkəsinə nəzarət edən Bonvill Enerji İdarəsi üçün proqram təminatını hazırlamağa başlamışdır. Bu şəkil 1972-ci ildə, Bill Gates-in dostu Paul Allen ilə bu biznesə təzə-təzə başladığı dövrdə çəkilib. Onlar yerli hökumətə küçələrin sıxlığı barədə məlumat verən Traf-o-Data kompüterini yaratdılar. Təəssüflər olsun ki, bu biznes uğurlu olmadı və üç il sonra tərəfdaşlar Microsoft şirkətinin əsasını qoydular.

Michael Dell

Mülkü: $32,2 mlrd.

Michael Dell öz şirkətini 1994-ci ildə qurmuşdur. Həmin dövrdə gənc sahibkar University of Texas universitetinin 19 yaşlı tələbəsi idi. Qurulandan üç ay sonra şirkətin satış həcmi 1 milyon dollara çatdı. Əslində, Dell şirkəti sahibkarın ilk biznesi deyil: uşaqlıqda Michael zinət əşyaları mağazasında satıcı kimi işləyib.

Abigaile Johnson

Mülkü: $14 mlrd.

Johnson ailəsinə məxsus olan Fidelity adlı qarşılıqlı investisiya fonduna təcrübəçi kimi işləməyə gəlmişdir. Həmin dövrdə o, Hobart və Uilyam Smit Kollecində təhsil alırdı. Burada Abigaile Johnson müştərilərin sorğularına cavab verməklə məşğul olurdu. Booz Allen Hamilton konsaltinq şirkətində bir müddət işlədikdən sonra Harvard University universitetində MBA dərəcəsini aldı və 1988-ci ildə Fidelity-də bazarın analitiki vəzifəsinə işə düzəldi. 2014-cü ildə Abigaile atası Edward Johnson-nun yerinə gələrək ailə şirkətinin baş direktoru vəzifəsini tutdu.

Shahid Khan

Mülkü: $7,8 mlrd.

16 yaşında ikən Pakistandan ABŞ-a köç etmiş Khan, gecələr qab-qacaq yumaqla pul qazanırdı. Həmin illərdə o University of Illinois System universitetində təhsil almaqla yanaşı boş vaxtlarında Flex-N-Gate adlı avtomobil ehtiyat hissələrinin istehsalçısı şirkətində işləyirdi. 1978-ci ildə Shahid Khan şirkəti tərk edir və 28 yaşında bamperlərin istehsalı ilə məşğul olan Bumper Works şirkətini təsis edir. İki ildən sonra o, keçmiş müdirinə məxsus olan Flex-N-Gate şirkətini satın aldı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.