26 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən zəngin insanlarının sayı 2,7 mln. nəfərə çatdı

Ötən il dünyanın ən zəngin insanlarının (“very high net worth”, VHNW) sayı artıb və təxminən 2,7 milyon nəfərə çatıb.

Bu barədə “Wealth-X” analitik şirkətlər qrupunun saytında bildirilir.

“Ən zəngin insanların sərvəti 5-30 milyon dollara qədər qiymətləndirilir, onların sayı 2019-cu ildə sürətlə – 10%-dən çox artdı”, – tədqiqatda qeyd edilir.

Bildirilir ki, onların sərvətlərinin ümumi həcmi 10% artıb və 26,6 trilyon dollara çatıb. Bundan başqa, şirkət vurğulayıb ki, 2018-ci ildə göstəricinin artması yalnız 1% qeydə alınıb.

Şimali Amerika ən zəngin insanların sayının artımı üzrə lider olub. Tədqiqata əsasən, onların sərvətlərinin ümumi həcmi təxminən 15% artıb.

Aktiv artım həmçinin Asiyada və Afrikada qeyd edilib. Avropada və Sakit okean regionunda artım bir qədər az müşahidə olunub.

Qeyd edək ki, “Wealth-X” şirkəti ən zəngin insanlar arasında müxtəlif tədqiqatlarla məşğuldur.

©Report

Son xəbərlər
Digər xəbərlər