22 C
Baku
Sunday, May 26, 2024

Dünyanın ən zəngin siyasətçiləri

Dünyanın ən çox milyarder siyasətçisi Rusiya və ABŞ-dadır. Belə bir nəticəyə Forbes jurnalı gəlmişdir, bu zaman aktivlərinin həcmi milyardlıq həddi keçmiş siyasi xadimlər nəzərə alınmışdır.

Maykl Blumberq

Sərvəti: $22 mlrd
Forbes-un dünya üzrə reytinqi: №20
Nyu-Yorkun meri (2002-ci ildən etibarən) 

Bloomberg informasiya agentliyinin yaradıcısı və sahibi olan Maykl Blumberq artıq 1990-cı illərin sonlarından etibarən siyasətlə məşğul olur, 2001-ci ildə isə Nyu-yorkun meri seçilmişdi. Mer vəzifəsində özünə 1 dollarlıq əməkhaqqı müəyyən edib və yalnız şəxsi biznesindən əldə etdiyi gəlir hesabına yaşayır. Üçüncü dəfə də seçilmək üçün Nyu-york qanunvericiliyində dəyişiklik etməklə bağlı təşəbbüs irəli sürmüşdür, bu da şəhər soveti tərəfindən dəstəklənmişdi. Blumberqin imperiyasına telestansiya, radio kanallar daxildir, maliyyə xəbərlərinin kompüter şəbəkəsindən danışmağa isə ehtiyac yoxdur. Dünyanın 130 ölkəsi üzrə şirkətdə çalışanların sayı 9500-ə çatmışdır. Bloomberg LP xəbərlərinə abunə olanların sayı isə 250 minə bərabərdir.

Silvio Berluskoni

Sərvəti: $5,9 mlrd
Forbes-un dünya üzrə reytinqi: №169
İtaliyanın keçmiş baş naziri (2008-2011-ci illər)

0000015071 silvio berluskoni

“Arnoldo mondadori editore” nəşriyyat trestinin ortağı olan Berluskoni həm də, sığorta, ticarət və investisiya biznesi ilə məşğul olur. 1994-cü ildən yaradıcısı olduğu “İrəli, İtaliya” partiyasının lideridir. Üç dəfə nazirlər kabinetinə başçılıq etmişdir (1994-1995, 2001-2006, 2008-2011-ci illər). 2012-ci il 26 oktyabrda Berluskoni ona məxsus olan Mediaset holdinqinin vergidən yayınması ilə əlaqədar olaraq, məhkəmə tərəfindən dörd illik həbs cəzasına məhkum olunmuşdu, eləcə də üç il müddətinə dövlət strukturlarında hər hansı vəzifədə çalışmaq hüququndan da məhrum olmuşdur. Baş vermiş hadisədən uzun müddət keçdiyi və amnistiyanı da nəzərə almaqla müddət  bir ilə qədər endirilsə də, iki apelyasiyaya keçənə qədər qüvvəyə minmədi.

Henri Ross Perot

Sərvəti: $3,5 mlrd
Forbes-un dünya üzrə reytinqi: №314
ABŞ-da prezident seçkilərinə iki dəfə namizəd (1992, 1996-ci illər)

0000015072 genri ross pero st

İBM şirkətinin top-menecerlərindən biri olan Henri kompaniyanı tərk edəndən sonra özünün EDS şirkətini yaratdı, daha sonra 1994-cü ildə onu General Motors-a satdı. Hazırda oğlu tərəfindən idarə olunan Perot Systems Corporation şirkətinin sahibidir. Siyasi fəaliyyətə 1990-cı ildən başlayan Henri iki dəfə ABŞ prezident seçkilərində iştirak etmiş, lakin uğur əldə edə bilməmişdir.

Nahib Saviris

Sərvəti: $3,1 mlrd
Forbes-un dünya üzrə reytinqi: №367
“Azad misirlilər” partiyasının lideri

0000015074 nagib saviris

Nahib atası tərəfindən yaradılmış və hazırkı adı Wind Telecom S.p.A. (telekommunikasiya) şirkətinin sahibidir. 2011-ci ildə siyasətə qoşulub, prezident Hüsnü Mübarəkin istefa verməsi ilə nəticələnmiş hərəkatlarda etirazçı və rəsmi hakimiyyət arasında vasitəçi qismində çıxış edirdi.

Nəcib Mikati

Sərvəti: $3 mlrd
Forbes-un dünya üzrə reytinqi: №377
Livanın baş naziri (2011-ci ildən etibarən)

0000015075 nadzhib mikati

O, Investcom telekommunikasiya şirkətini qardaşı ilə birlikdə yaratmışdır. 1990-cı illərin sonundan etibarən siyasətlə məşğul olan Nəcib, 1998-ci ildə Livanın ictimai işlər və nəqliyyat naziri, eləcə də Livanın Milli məclisinin üzvü olmuşdur. 2000-ci ildən etibarən bir neçə dəfə baş nazir olmağa namizəd kimi göstərilsə də, yalnız 2005-ci ildə bu vəzifəyə keçə bilmişdir və yalnızca 3 aylıq. Ikinci dəfə isə 25 yanvar 2011-ci ildə baş nazir oldu.

Sebastyan Pinyera

Sərvəti: $2,4 mlrd
Forbes-un dünya üzrə reytinqi: №521
Çilinin prezidenti (2010-cu ildən etibarən)

0000015076 sebastyan pinera

Sebastyan Pinyeranın əsas aktivi Chilevision telekommunikasiya şirkətidir. 1980-ci ildən etibarən siyasi fəaliyyətdədir, 1990-1998-ci ildə isə senator kimi fəaliyyət göstərmişdir. Ilk dəfə 2005-ci ildə prezident seçkilərində iştirak etmiş, lakin sosialist Mişel Baçeletlə mübarizədə uduzmuşdur. 2010-cu ildə növbəti prezident seçkilərində isə xristian-demokratik partiyasının namizədi kiçik Eduard Freyi keçə bilmişdir.

Ceff Qrin

Sərvəti: $2,1 mlrd
Forbes-un dünya üzrə reytinqi: №601
Floridada keçirilmiş Demokratik partiyanın senat praymerizinin iştirakçısı (2010-cu il)

0000015077 dzheff grin

Ceff Qrin daşınmaz əmlaka qoyduğu investisiya sayəsində zəngin olmuşdur və bu bazardakı tənəzzülü proqnozlaşdıraraq öz sərvətini iki qat artıra bildi. Ceff Qrin Paulson & Co “hedge” fondunun yaradıcısı və rəhbəri Con Polsonun biznes üzrə şəriki idi. 2010-cu ildə Floridada keçirilmiş Demokratik Partiyanın senat praymerizində  (Respublikaçı və Demokratların namizədlərinin müəyyən edildiyi proses) iştirakdan sonra siyasi fəaliyyətə başlamışdı, halbuki həmin praymerizdə uduzmuşdu.

Saad Hariri

Sərvəti: $1,7 mlrd
Forbes-un dünya üzrə reytinqi: №764
Livanın baş naziri (2009-2011-ci illər)

0000015079 saad hariri

Saad Hariri 2005-ci ildə terrorçular tərəfindən qətlə yetirilmiş Livanın baş naziri Rafiq Haririnin oğlu və varisidir. Atasının ölümündən sonra “Gələcək üçün hərəkat” partiyasına rəhbərlik etməyə başlamışdı, bu partiya 2005-ci ildən etibarən digər partiyalarla birgə parlamentdə üstünlük təşkil edir. 2009-cu ildə növbəti parlament seçkilərindən sonra baş nazir vəzifəsinə namizəd kimi irəli sürülmüş və 27 iyun 2009-cu ildə isə təsdiq olunmuşdu.

Tom Qolisano

Sərvəti: $1,5 mlrd
Forbes-un dünya üzrə reytinqi: №854
Nyu-york ştatının qubernatorluğuna namizəd (1994, 1998, 2002-ci  illər)

0000015080 tom golisano

Qolisano Paychex şirkəti və B. Thomas Golisano Foundation xeyriyyə fondunun yaradıcısı və sahibidir. O, 1980-ci ilin sonlarında Respublika partiyasının ən nüfuzlu üzvlərindən biri kimi siyasi fəaliyyətə başlamışdı. Lakin Nyu-york ştatının qubernatorluğuna keçirilən seçkilərdə üç dəfə iştirak etməsinə baxmayaraq, heç birində qələbə qazana bilməmişdi. O, üç uğursuz seçkidən sonra 2002-ci ildə bəyan etmişdi ki, artıq bu vəzifə uğrunda mübarizəni dayandırır və tədricən öz siyasi aktivliyini azaldır.

Meq Uitmen

Sərvəti: $1,4 mlrd
Forbes-un dünya üzrə reytinqi: №913
Kaliforniya qubernatorluğuna namizəd (2010-cu il)

0000015067 meg uitmen

Meq Uitmen 1998-2008-ci illərdə eBay şirkətinin prezidenti və baş direktoru olmuşdur, 2011-ci ildən etibarən isə Hewlett-Packard şirkətinin baş direktoru vəzifəsində çalışır. Kaliforniyanın ən varlı qadınları arasında dördüncü yeri tutur. 2000-ci ilin ortalarından siyasətdədir, 2010-cu ildən etibarən isə Respublikaçılar partiyasından Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizəd kimi irəli sürülmüşdü, lakin Demokratlar partiyasından olan hazırkı qubernator  Cerri Brauna uduzmuşdur.

Lord Devid Con Seynsberi

Sərvəti: $1,4 mlrd
Forbes-un dünya üzrə reytinqi: №913
Böyük Britaniyanın Elmlər naziri (1998-2006-cı illər)

0000015066 devid dzhon sejnsberi

Devid Con 1869-cu ildə ulu babası tərəfindən yaradılmış Sainsbury’s (supermarketlər şəbəkəsi) şirkətinin sahibi və rəhbərlərindən biridir. 1960-ci illərdən siyasətdədir: Lordlar Palatasının üzvü olmuşdur, 1998-2006-cı illərdə isə baş nazir Toni Blerin yanında elmlər naziri vəzifəsində çalışmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər