17 C
Baku
Sunday, May 19, 2024

Dünyanın ən zəngin varisləri açıqlanıb – Forbes

Dünyanın ən zəngin insanlarının təxminən 30%-i sərvətlərinin hamısını və ya bir hissəsini miras alıb, bu barədə “Forbes” yazıb. Onları sizə təqdim edirik.

  1. Mukeş Ambani – 116 milyard dollarlıq sərvətlə Hindistanın ən zəngin adamıdır. Mukeş və qardaşı Anil bu mirası ataları Cirubhay Ambanidən alıblar (2002-ci ildə dünyasını dəyişib).
  2. Fransuaza Betankur-Meyers və ailəsi – 99.5 milyard dollarlıq sərvətə sahibdir. Dünyanın ən zəngin qadınlarından biri olan Fransuaza Betankur-Meyers mirasını babası Ejen Pol Lui Şullerdən alıb. Qadın “L’Oreal” şirkətinin səhmlərinin 33%-nə sahibdir.
  3. Cim Uolton və ailəsi – 78.4 milyard dollar sərvəti var. Mirasını “Walmart” şəbəkəsini quran atası Sem Uoltondan alıb. Hazırda şirkətdə 12% paya sahibdir.
  4. Rob Uolton – “Walmart”ın qurucusu Sem Uoltonun böyük oğludur, 77.4 milyard dollar sərvəti var.
  5. Elis Uolton və ailəsi – “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızıdır, sərvəti 72.3 milyard dollardır.
  6. Devid Tomson – 67.8 milyard dollarlıq sərvətinin mənbəyi: atası Kennet Tomsondan miras aldığı “Thomson Corporation” media qrupu.
  7. Culiya Kox – 64.3 milyard dollar. Sərvətinin mənbəyi: “Koch Industries” neft şirkəti. Culiya və onun üç övladı “Koch Industries”in 42%-ni 2019-cu ildə vəfat edən əri David Koxdan miras alıblar.
  8. Covanni Ferrero – 43.8 milyard dollar. 2015-ci ildə ata Mişel Ferreronun ölümündən sonra “Ferrero Group” ailəsinin qənnadı biznesinin səhmlərinin təxminən 75%-ni miras alıb.
  9. Mark Mateşits – 39.6 milyard dollar. Sərvətinin mənbəyi: “Red Bull” şirkəti. 2022-ci ildə atası Ditrix Mateşitsin ölümündən sonra enerji içkiləri biznesinin 49%-ni miras alıb.
  10. Jaklin və Con Mars – 38.5 milyard dollar. Sərvətlərinin mənbəyi: “Mars” şirkəti. Fəaliyyət sahələri: qənnadı məmulatları, ev heyvanları üçün yeməklər.
Son xəbərlər
 ⁠
Digər xəbərlər