28 C
Baku
Saturday, July 27, 2024

Dünyanın əsas fond indeksləri fevralı necə yola salır? (01.03.2024)

Dünyanın əsas fond indeksləri fevral ayını yuxarı göstəricilərlə başa vurdular. 

Banker.az xəbər verir ki, fevralda heç şübhəsiz əsas iki indeksin – S&P 500Nikkei 225 tarixi gösətici ilə başa vurması əsas nəzərə çarpan hadisə idi.

S&P 500 tarixində ilk dəfə 5000 səviyyəsini inamla qırıb keçərək fevral ayında 2.78%-lik artım əldə etdi. Bu hadisədə mühüm dəstək amili isə əsasən şirkətlərin maliyyə nəticələrindəki yüksəlişlər idi.

Uzaq Şərqin ən iri kapital bazarını ölçən Nikkei 225 son üç dekadanın ən yaxşı nəticəsini əldə etdi və hətta tarixdə ilk dəfə 40 000 bəndi test etdi. İndekslər arasında ən yaxşı aylıq qazanc əldə edən indeksdir. Fevralı 10.46% artımla yola saldı.

Çində hökumətin biznesə isti siqanlları – əsasən də pul-kredit siyasəti ilə bağlı – onun Shanghai indeksini 10% üzərində artırdı.

Banker.az 1 mart 2024-cü il tarixinə indekslərin günlük, həftəlik, aylıq və bir illik dinamikaları ilə təqdim edir:

💱Birja ilə bağlı vacib xəbərləri Telegram “Investisiya” kanalımızda (WhatsaApp kanalı) izləyə bilərsiniz. Burada siz investisiya, əmtəə və birbaşa ticarət əlaqəli son xəbərləri tapacaqsınız. 

 

234567890

Son xəbərlər
Digər xəbərlər