23 C
Baku
Wednesday, June 26, 2024

Dünyanın ən absurd vergiləri

Bir dəfə Bencamin Franklin demişdi, həyatda vergi və ölüm qədər labüd heç nə yoxdur. Başa sözlərlə desək ölümdən və vergidən başqa hər şeyə çarə var. Bəzən hökumət öz vətəndaşlarına elə ağılasığmaz, axmaq vergilər tətbiq edir ki, adamın heç təsəvvürünə gəlməz.

Məsələn bəzi ölkələr internetə vergi qoymaq istəyir. Misal üçün Böyük Britaniyada televiziya lisenziyası vasitəsi ilə televizorlar vergiyə məruz qalırlar, hər halda gözdən əlillər bu məbləğin yalnız yarısını ödəyirlər. Bizim siyahıda həm bu günün, həm də keçmişin on ən gülməli, həm də bir az absurd vergiləri yer almışdır.

10. Gəlin onuncu yerdən başlayaq. Bilirik ki, dövlət əksər hallarda ən məşhur və hamı tərəfindən sevilən məşğuliyyətlər və ya əşyalar üzərinə vergi qoyur. Bunun ən parlaq nümunələrindən biri də kartlar üzərinə qoyulan vergidir.

Verginin tətbiq edilməyə başladığı aralarda yemək fasilələri vaxtı kart oynamaq yaman dəbdə idi (ola bilsin ki, səbəb televizorun və ya oyun zallarının yoxluğu idi). Beləliklə kral öz təbəələrinin hesabına varlanmaq qərarına gəldi. Qanun oyun kartlarına fərqləndirici nişanın qoyulmasını təsbit edirdi ki, bu da verginin ödəndiyini sübut etmək üçün nəzərdə tutulmuşdu. Fərqlənmə nişanı olmayan kartlar ilə oynayanlar isə cinayətkar hesab olunurdu.

9. 2009-cu ildə  İllinoys ştatında adi konfetlərin üzərinə vergi qoymaq  qərarı verdilər. Özü də ki, qoyulan verginin miqdarı digər qida məhsulları ilə müqayisədə xeyli artıq idi. Qanunda göstərilir ki, tərkibində un olan və sərinləşməyə ehtiyacı olan məhsullar konfet hesab olunmur və vergi qoyulması standart sxem əsasında həyata keçirilir. Lakin məsələnin maraqlı tərəfi ondadır ki, qanunun bu formada şərhinə görə üzümlü yoqurt konfet hesab olunur, adi yoqurt isə- qida.

8.  ABŞ-da məşhur idmançı (jock tax) vergisi mövcuddur — bu vergini müxtəlif ştatlarda çıxış edən idmançılar ödəməlidir. Misal kimi Amerikan Beysbol Liqasını və Texas Reyndcerləri ilə 252 milyon dəyərində on illik müqavilə  imzalamış Aleks Rodriqesi göstərmək olar. Qeyd edək ki, bu tarixdə ən böyük müqavilələrdən biri olmuşdur. Baxmayaraq ki, Texas ştatı bu növ gəlirlərə heç bir vergi tətbiq eləmir, klub hər dəfə digər ştatlarda səfər oyunlarına çıxanda böyük məbləğlərdə vergi ödəmək məcburiyyətinə qalırdı. Qeyd etmək lazımdır ki, ştatdan asılı olaraq verginin miqdarı da dəyişirdi.

7. Qorxaqlığa görə vergi, kral naminə döyüşə getməkdən imtina edənlərin (təkcə qorxaqlıq səbəbinə görə yox) üzərinə qoyulmuş və ödənməsi məcbur olan rüsum idi. Vergi ilk dəfə Kral I Henrinin (1100–1135) vaxtında tətbiq edilməyə başlamışdı və ilkin vaxtlar elə də böyük deyildi. Lakin sonra Kral Con onu 300% qaldırdı və bütün cəngavərləri hətta müharibə olmayan vaxtlarda belə bu vergiyə məruz qoydu. Bu böyük Azadlıq xartiyasının imzalanmasına gətirib çıxartdı. Vergi bundan sonrakı 300 il ərzində də toplanmağa davam edirdi, daha sonra isə onu digər vəsait toplanması üsulu ilə əvəz etdilər .

6. Yenə də Böyük Britaniya. 1784-cü ildən 1811-ci ilə qədər burada hətta şlyapalara da vergi qoyulubmuş.

Vergi ilk dəfə Kiçik Pittin hakimiyyət illərində tətbiq edilib, bu büdcə kəm-kəsirinin doldurmağın ən sadə və asan üsulu kimi hazırlanmışdır, çünki rəhbərlik yaxşı bilirdi ki, ingilislərin şlyapalara qarşı necə həssaslığı vardır. İstehsal zamanı şlyapalara vergi ödənməsinin əlaməti olaraq xüsusi nişanlar tikilirdi. Vergi ödəməyən dərzilərdən böyük miqdarda cərimələr alınırdı.. Vergi nişanlarını saxtalaşdıranları isə edam edirdilər.

5. 17-ci və 18-ci yüz illiklər ərzində İngiltərə və Şotlandiya krallıqlarında  pəncərə vergisi tətbiq olunurmuş. Bu da sadəcə boşalmış xəzinəni doldurmaq uğrunda edilmiş cəhdlərdən biri idi, nəticədə isə bütün yoxsul əhali kütləvi şəkildə pəncərələrdən imtina etməyə başladılar. Onların öz pəncərələrinin kərpiclə hörməkdən başqa yolları qalmamışdı. Təəccüblüsü bundadır ki, vergi ləğv edilməmiş və 1851-ci ilə qədər öz yaşamağa davam etmişdir.  Həmçinin qeyd etməyə dəyər ki, bəzi insanlar öz evlərini zahiri görünüşünü pozmaq istəməmiş, buna görə də evin çöl tərəfindən onun divarlarının üstünə sadəcə pəncərə rəsmləri çəkdirmişlər. Belə-belə işlər…

4. 1535-ci ildə İngiltərə Kralı VIII Henrix özünün saqqal saxlamasına rəğmən, saqqal vergisinin tətbiqi barədə qərar qəbul edir. Vergi saqqal sahibinin sosial statusundan asılı olaraq dəyişirdi. Onun qızı birinci Elizabet də təkrar olaraq saqqal vergisini tətbiq etməyə davam etdi, hər iki həftədən daha çox yaşı olan saqqal vergiyə məruz qalırdı. Bu vergi həm də Rusiyada tətbiq edilməyə boşlamışdı. Lakin Pyotrun niyyəti heç də bu vasitə ilə xəzinəyə pul gətirmək deyildi, o rusları üzlərini qırxmağa məcbur etmək və bununla da onların mədəni səviyyəsini yüksəltmək istəyirdi. Vergini ödəyən şəxslər saqqal saxlaya bilirdilər, lakin bununla yanaşı onlar həmişə üstlərində xüsusi saqqa nişanı gəzdirməli idilər, bu isə o demək idi ki, “saqqala görə vergi artıq ödənib”.

3. Gülməli vergilər üzrə siyahımızda üçüncü yerə narkotiklər üzərinə qoyulmuş vergi tutur. ABŞ-ın Tennesi ştatında qadağan olunmuş narkotiklər məhz belə bir vergiyə məruz qalırlar. 2005-ci ildə qəbul olunmuş qanuna müvafiq olaraq bütün qadağan olunmuş preparatlara, o cümlədən kokain, marixuana və digər narkotiklər vergiyə məruz qalırlar. Narkotik satıcıları anonim şəkildə dövlət fonduna vergi ödəməlidirlər, bunun əvəzində onlar möhür əldə edirlər ki, həbs halları olarsa vergi ödədiklərini sübut edə bilsinlər. Əgər həbs zamanı narkotik alverçisinin möhürü olmazsa dövlət onun üzərinə üç qat vergi qoyulur və ona qarşı daha sərt sanksiyalar tətbiq edilirdi. Başqa 22 ştatda da bu kimi qanunlar vardır və onlar da cinayətkarları və narkotik ticarətçilərini vergiyə məruz qoyurlar.

2. 2003-cü ildə Yeni Zelandiyada Kioto Protokolu ilə razılıq əldə etmək üçün azqala inəklərin qaz ifrazlarına da kənd təsərrüfatı vergisi tətbiq edirdilər. Vergi inəklər tərəfində havaya buraxılan metan qazı üçün nəzərdə tutulmuşdu, çünki Yeni Zelandiyada istixana qazlarının 50%-i məhz inəklər tərəfindən ixrac olunur.

Əlbəttə ki, bu gülünc ideya böyük etirazla qarşılandı, çünki Yeni Zelandiyada kənd təsərrüfatı böyük əhəmiyyət daşıyır, həm də iqtisadiyyatın özəyini təşkil edir. Bütün bu etirazlardan sonra nəhayət ki, Leyborist hökuməti  inəklərin qaz ifrazına vergi qoymaq kimi gülməli fikrindən vaz keçməli oldu.

1. Birinci yeri isə indiyə qədər eşidilən vergilər sırasında ən ağla gəlməzi, nə vaxtsa mövcud olmuş vergilərin ən inanılmazı tutur. Pecunia non olet (pulların qoxusu yoxdur). Bu fraza roma imperatorları Nero və Vespasian tərəfindən bizim eranın birinci yüz illiyində yığılmış sidiyə tətbiq edilirdi. Roma cəmiyyətinin aşağı sinifləri balaca qablara kiçik bayıra gedirdilər, sonra isə ifrazları qazılmış dəliklərə tökürdülər. Sonra isə sidiyi toplayır və o, əksər kimyəvi proseslər üçün qiymətli xammal kimi istifadə olunurdu. Məsələn sidik dəri aşılamasında, işçilər tərəfindən ammiak əvəzi istifadə olunurdu. Onun vasitəsi ilə bulaşmış, çirklənmiş  kürklər, xəzlər yenidən ağardılırdı. Hətta belə məlumatlar var ki, sidik diş ağardıcısı qismində də istifadə olunub.  Vespasianın oğlu Taytus toplanan bu verginin çox iyrənc təbiətə malik olduğunu deyib gileylənəndə atası ona qızıl sikkəni göstərib, öz məşhur sitatını demişdir. Bu fraza bu gün də işlədilir, məqsəd isə pulun alıcılıq xüsusiyyətinin onun mənşəyindən və necə qazanılmasından asılı olmadığını göstərməkdir. Bütün yuxarıda sadalananları oxuyandan sonra, həqiqətən də hökumətin vergi ödəyicilərinin pulunu yığmaq üçün getmədiyi hansı yolun qaldığını fikirləşmək qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər