Bu və ya digər bir millətin və ya xalqın dahiliyini yoxlamaq üçün ən yaxşı vasitə ölkə nümayəndələrinin əldə etdikləri Nobel mükafatlarının sayıdır. Nobel laureatlarının ümumi sayı 876-dır.
Artur Şopenhauer belə yazırdı ki, istedad heç kəsin çata bilməyəcəyi məqsədlərə çatır. Dahi – heç kəsin görə bilmədiyi insandır. Nobel mükafatı laureatlarının sayı ölkənin dünya intellektual arenasında hansı yeri tutduğunu nümayiş etdirməyə qadirdir.
İtaliya: 20 Nobel laureatı
Mikelancelo, Qaliley, Makiavelli və ola bilsin ki, dövrləein ən dahi insanı Leonardo da Vinçi Nobel mükafatı almaq üçün çox qədim dövrlərdə yaşamışlar. Lakin italyanlar bir neçə sahə üzrə bu mükafata sahib olmağı bacarmışlar.
Avstriya: 21 Nobel laureatı
Adambaşına görə düşən Nobel mükafatı bu ölkəni dünya reytinqində 7-ci edir.
Kanada: 22 Nobel laureatı
Kanadaya 1921-ci ildə insulini yaratmış və tibb sahəsində ən gənc laureat olmuş Frederik Bantinqa görə minnətdar olmaq lazımdır. Kanadadan olan Nobel mükafatçılarının əksəriyyəti mükafatı kimya sahəsi üzrə əldə etmişlər.
Rusiya: 23 Nobel laureatı
Rusiya Puşkin və Dostoyevski olmadan belə öz laureatları ilə fəxr edə bilər.
İsveçrə: 25 Nobel laureatı
İsveçrədə adambaşına düşən Nobel mükafatı lauretaı Kanada və Rusiyadakı göstəriciləri üstələyir. Burada ən diqqət çəkən Almaniyada doğulsa da, əksər fəaliyyətini İsveçrədə edən Albert Eynşteyndir.
İsveç: 29 Nobel laureatı
İsveç – Alfred Nobelin doğma vətənidir və İsveç kral akademiyasının baş-qərargahı məhz burada yerləşir.
Fransa: 59 Nobel laureatı
Fransa ənənəvi olaraq incəsənət, fəlsəfə və ədəbiyyatda əldə edilən mükafatlara görə liderlik edir.
Almaniya: 104 Nobel laureatı
Almaniyadan olan alimlər mükafatları müxtəlif sahələr üzrə əldə edirlər. Belə ki, məsələn, Maks Plank 1918-ci ildə öz kvant nəzəriyyəsinə görə əldə etmişdi.
Böyük Britaniya: 121 Nobel laureatı
Britaniyalı alimlər, mükafatın yaradıldığı ildən etibarən hər il bu mükafata sahib olurlar.
ABŞ: 356 Nobel laureatı
Bu ölkə nümayəndələri mükafat əldə etmək “yarışında” hər kəsi geridə qoyurlar.
Comments are closed.