14 C
Baku
Thursday, May 16, 2024

Dünyanın ən ağıllı qadını

1956-cı ildə dünyanın ən yüksək İQ-sü ( intellekt əmsalı) qeydə alınıb. 10 yaşlı amerikalı qızcığaz Merilin vos Savant 228 ballıq nəticə göstərib. Daha yetkin yaşında isə Merilin analoji testdən keçib və nəticələr 224 vahid təşkil edib. 

Ata tərəfindən Merilin məşhur avstriyalı fizik və filosof Ernst Maxın törəməsidir. O, ali təhsilini başa vurmayıb. Sent0Luis şəhərində Vaşinqton Universitetində daxil olsa da, o sonrada ailəsinə kömək etmək məqsədi ilə təhsilini yarıda qoyub (atası tez-tez deyərdi ki, «Universitet elə yerdir ki, burada ixtisasa yiyələnmək olar, amma intellekti inkişaf etdirmək olmaz»).

Merilinin həyat yoldaşı Robert Jarvik – süni ürəyi ixtira edən insandır. Onun İQ əmsalı – 180 vahidə bərabərdir. Onların böyük oğulları var, oğlanın İQ əmsalı isə 164 vahidə bərabərdir. Merilin ürək xəstəlikləri sahəsində təhqiqatlar ilə məşğul olan Jarvik Heart kompaniyasında maliyyə direktoru vəzifəsində çalışır.

Merilin əmindir ki, intellekt 40-60% nəsildən-nəslə keçir. Bundan əlavə o, düşünür ki, düzgün qidalanma sayəsində intellekti orta hesabla 20% yüksəltmək olar.

Merilindən soruşanda ki, ağıl nədir, o cavab verir ki, ağılın mahiyyəti – heç bir sosial, dini, ailə və digər mövhumatlara təslim olmadan həqiqəti tapmaq qabiliyyətidir. Qadın belə hesab edir ki, bundan ötrü emosional stabillik və cəsarət lazımdır. Merilini intellektual, dahi hesab edirlər, çünki o hadisələri soyuq baxışla, obyektiv qiymətləndirir. Merilin rəssamlığı, heykəltəraşlığı və digər vizual incəsənət növlərini yaradıcılıq nümunələri kimi qəbul etmir, o deyir ki bunlar incəsənət deyil, sadəcə emosiyaların ifadəsidir və onların intellektuallıq ilə heç bir əlaqəsi yoxdur. Intellektlə subyektiv bağlılığı olan elmlər isə -növə fizikası və riyaziyyatdır – vos Savant belə iddia edir.

Ən yüksək İQ göstəricisini dəqiq müəyyən etmək mümkün olmayıb. Çünki fərli metodikalar zamanı biz müxtəlif rəqəmllər əldə edirik. Məsələn, Stenford-Bin testinə əsasən Merilin – 228 bal toplayıb, eyni zamanda isə Meqa-testə əsasən bu göstərici 186 təşkil edir. Səbəb isə bu testlərin şkalalarının fərli olmasıdır. Birinci rəqəm mütləq İQ əmsalını göstərdiyi halda ikinci rəqəm, onun orta İQ əmsalından nə qədər və ya öndə olmasını göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər