Praqa universitetinin dünyaca məşhur Karlova kitabxanasında dünyanın ən ağır kitabı təqdim edilib. Kitab “Şeytanın incili” adı ilə məşhurdur. Çünki kitabın səhifələri şər qüvvələrin təsvirləri ilə zəngindir.
Bu qədim kitab 624 perqament səhifədən ibarətdir. Kitabın taxta qapaqlarının ölçüsü 92×50 sm-ə bərabərdir. Kitabın hazırlanması üçün 160 uzunqulaq dərisindən istifadə edilib.
Əlyazmanın ümumi çəkisi 75 kiloqramdır.