“Google” şirkəti 2019-cu ildə istifadəçilərin axtarış sorğularını təhlil edərək, dünyanın ən arzu olunan səyahət yerlərinin siyahısını dərc edib. Tədqiqatın nəticələri “Google Trands” saytında dərc edilib.
Beləliklə, reytinqdə ilk pilləni Maldiv adaları tutub. Qeyd edək ki, ilk üçlüyə Yaponiya və Fransa Polineziyasındakı Bora-Bora adası, ilk beşliyə isə Las-Vegas və Meksikanın paytaxtı Mexiko daxil olub.
Bundan əlavə, reytinqdə Alyaska, Nyu Orlean, Kaliforniya, Nyu-York və Kosta-Rika ştatları yer alıb.
Dekabr ayının əvvəlində “Aviasales” xidmətinin mütəxəssisləri istifadəçilərdən hansı ölkələrə getmək istədiklərini bilmək üçün sorğu keçirdilər.