Verilən məlumatlara görə 123456 şifrəsi dünyanın ən axmaq şifrəsidir. Keçən ilin sonunda yayılan məlumatlara görə Facebook, Twitter, LinkedIn sosial şəbəkələrində hesabların təqribən 2 milyonu xakerlər tərəfindən ələ keçirilib. Onlar əldə etdikləri məlumatları sosial şəbəkədə yerləşdirmişlər. 123456 şifrəsinin rahatlığı xakerlərin işini asanlaşdırmışdır.
Bu gün SplashData-dan olan internet təhlükəsizliyi təminatçısı öz araşdırmasını nəşr etmişdir. Bu araşdırmaya görə “123456” şifrəsi dünyanın ən çox geniş yayılmış və ən axmaq şifrəsidir. Keçən il isə bu statusa “password” şifrəsi daxil idi.
SplashData ekspertləri istifadəçilərdən tənbəllik etməmələrini və bir neçə sözdən təşkil edilmiş şifrələrdən istifadə etməyi məsləhət görürlər.