Amerikanın internet nəhəngi Amazon dünyanın ən bahalı brendi seçilib. Bu haqqda məlumatı Brand Finance şirkəti yayıb.
Amazon şirkətinin brendi 2017-ci ildə 42% artaraq 150.8 mlrd. dollara çatmışdır. Bu sıçrayış ona reytinqin 3-cülüyündən birinciliyə qalxmasına kömək etmişdir. Qeyd edək ki, ilk 3-lükdə həmçinin Apple və Google şirkəti yer alıb.