Interbrand konsaltinq şirkətinin ekspertləri 2016-cı il üçün dünyanın ən bahalı reytinqlərinin illik reytinqini açıqladı. Siyahının ilk pillələrində 4 il ardıcıl olaraq Apple, Google və Coca Cola şirkətləri yer alıb.
Şirkətin qiymətləndirməsinə əsasən, Apple ticarət markası keçən il ilə müqayisədə 5% artım nümayiş etdirərək 178 milyard dollar dəyər qazanmışdır. Google brendinin dəyəri 11% artımla 133 milyon dollar, Coca Cola brendi isə 7% enmə ilə 73,1 milyard dollardır.
Həmçinin reytinqin ilk 10 pilləsinə Microsoft – 72,8 milyard dollar, Toyota – 53,6 milyard dollar, IBM – 52,5 milyard dollar, Samsung – 51,8 milyard dollar, Amazon – 50,4 milyard dollar, Mercedes-Benz — 43,5 milyard dollar və General Electric — 43,1 milyar dolar daxildir.
32,6 milyard dollar dəyərə sahib olan Facebook brendi də reytinqə daxil olub və 15-ci pillənin sahibidir. Brendin dəyəri bir il ərzində 48% artıb ki, bu da reytinqdə bu il üçün ən yüksək göstəricidir.
Bundan əlavə, Tesla şirkəti ilk dəfə olaraq reytinqə daxil olub və 4 milyard brend dəyəri ilə 100-cü pillədə yer alıb.