17 C
Baku
Monday, April 29, 2024

Dünyanın ən bahalı evi hərraca çıxarılıb – Fotolar

Dünyanın ən bahalı evi kimi tanınan İtaliyadakı tarixi Roma villası – Casino dell’Aurora (qısa adı: Villa Aurora) hərraca çıxarılıb. Ev üçün tələb olunan minimum məbləğ 241 milyon avrodur. Bu evi belə məşhur və bahalı edən onun tavanlarıdır. Evin tavanlarını əfsanəvi rəssam Mikelancelo Merisi da Karavaccio çəkib. Evdə, Mikelancelo ilə yanaşı, Bril, Domeniçino, Pomarancio, Viola və Quercinoya məxsus əsərlər də var.

Evdə məşhur heykəltəraş və rəssam Mikelanceloya aid olduğu güman edilən heykəl və Karlo Maderno tərəfindən tərtib edilmiş bəzəkli bir pilləkən də var.

30 min kvadratmetrlik bu malikanə 16-cı əsrdə ov evi kimi istifadə olunub. Ev 4-cü dəfədir ki, hərraca çıxarılıb. Villa Aurora 2018-ci ildə Şahzadə Nikolo Boncompagni Ludovisinin ölümü və miras mübahisəsi səbəbindən hərraca çıxarılıb. Ev 400 ildir ki, Ludovisinin ailəsindədir.

İtaliyanın vərəsəlik qanunlarına görə, evin sahibi də restavrasiya üçün 11 milyon avro xərcləməlidir.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Ludovisinin üçüncü arvadı və üç böyük oğlu arasında miras mübahisəsi ailəni məhkəməyə qədər aparıb. Hakim də evin hərraca çıxarılmasına qərar verib. Ludovisinin üçüncü arvadı olan şahzadə Boncompaqni-Ludovisi evi niyə satdıqlarını belə açıqlayıb: “Bu ev üçün milyonçu yox, milyarder olmaq lazımdır. Adi bir su sızmasına görə 10 minlərlə dollar xərcləmək lazımdır”.

villa həyət villa otaq boyuk villa aurora koridor villa aurora0 villa aurora otaq villa resm boyuk villa tavan villa tavan1 villa tavan0

villa adamlar
Princess Rita and Prince Nicolò Boncompagni Ludovisi at Villa Aurora

villa koridor villa resm0 villa sahibe villa tavan adi villa aurora heykel heyet villa gorunus

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər