12 C
Baku
Wednesday, April 24, 2024

Dünyanın ən bahalı futbol klubları reytinqində lider dəyişdi

“Barcelona” ilk dəfədir ki, dünyanın ən bahalı 20 futbol klubları reytinqində lider olub.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı yazıb.

Qeyd edildiyi kimi, “Barcelona” 4.76 milyard dollar dəyərində qiymətləndirilərək, dəyəri 4.75 milyard dollar olan “Real Madrid” futbol klubunu geridə qoyub. Buna baxmayaraq, “Real” kommersiya gəlirinə görə yenə lider olaraq qalır. 2019-2020-ci illərdə klub reklam və sponsorlarla əməkdaşlıqdan təxminən 424 milyon dollar qazanıb. Müqayisə üçün “Barcelona”nın kommersiya gəliri cəmi 377 milyon dollar təşkil edib.

Son 16 ildə reytinqdə birinci yeri yalnız iki komandadan biri tutub: beş dəfə -“Real”, 11 dəfə – “Manchester United”.

Reytinqdə üçüncü yerdə 4.215 milyard dollar dəyərində qiymətləndirilən “Bayern Munich” dayanır. İlk onluğa həmçinin “Manchester United” (4.2 milyard dollar), “Liverpool” (4.1 milyard dollar), “Manchester City” (4 milyard dollar), “Chelsea” (3.2 milyard dollar), “Arsenal” (2.8 milyard dollar), “Paris Saint-Germain (2.5 milyard dollar) və “Tottenham” (2.3 milyard dollar) daxil olub.

“Forbes USA” qeyd edir ki, ən bahalı futbol klublarının orta dəyəri 2.28 milyard dollar təşkil edir. Bu göstərici reytinqin son dəfə dərc edildiyi iki il əvvəl qeydə alınan göstəricidən 30% yüksəkdir.

2019-2020-ci illərdə 20 klubun orta gəliri 441 milyon dollar olub. Bu, 2017-2018-ci illərlə müqayisədə 9.6% azdır. Eyni zamanda orta əməliyyat gəliri 70% azalaraq 23 milyon dollara düşüb. Avropa çempionatlarının əksəriyyəti çox az sayda azarkeşin matçlara qatılmağa icazə verməsi səbəbindən futbol komandalarının gəliri kəskin azalıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər