10 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən bahalı geyim markası açıqlanıb

2023-cü ildə dünyanın ən bahalı geyim markası “Nike Inc.” seçilib, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir. “Brand Finance”in illik araşdırmasına əsasən, Amerika idman malları istehsalçısı 2015-ci ildən bəri liderliyini qoruyub saxlayır.

Eyni zamanda, “Nike” brendinin dəyəri il ərzində 5.6% azalıb və hazırda 31.3 milyard dollar olaraq qiymətləndirilir.

İkinci yeri, keçən il olduğu kimi, Fransanın “Louis Vuitton” brendi tutur. Onun dəyəri 12.2% artaraq 26.29 milyard dollar təşkil edib.

Üçüncü yerdə Fransanın digər lüks brendi – “Chanel” qərarlaşıb. O, 27% artaraq 19.39 milyard dollar göstərici ilə ilk üçlükdə “Gucci”ni əvəz edib.

Tədqiqatda bildirilir ki, ən böyük markalar istisna olmaqla, dəbdəbəli məhsul istehsalçıları son vaxtlar idman geyimlərinin populyarlığının artması ilə bağlı çətinliklərlə üzləşiblər. Məsələn, “H&M” və “Zara” kimi nəhənglər də çətinliklərlə üz-üzədirlər: il ərzində bu markaların dəyəri müvafiq olaraq 26% və 15% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər