Dünyanın ən bahalı Halloween kostyumu 20 000 almazdan hazırlanıb və dəyəri 1.600.000 dollara bərabərdir.
Bir neçə müştəri Morphsuits şirkətinə müraciət edərək onlara Halloween üçün ən dəbdəbəli geyimin hazırlanmasını xahiş etmişlər. Nəticədə də şirkət 1.600.000 dollara bayram geyimi hazırlamışdır.
İnsanı başdan-ayağa saran bu mumiya geyimini şirkət adətən daş-qaşlarla bəzəmir. Lakin Morphsuits şirkətinin yaradıcılarından birinin deyiyinə görə bu dəfə onlar ağlasığmaz dəbdəbə nümunəsi yaratmağa qərar vermişlər. Bu geyimin hazırlanması üçün isə gümüş rəngli material istifadə olunmuş və üzəri qiymətli daşlarla örtülmüşdür. Şirkət yaradıcısının sözlərinə görə onlar bu geyimi “Mercedes Benz от Morphsuits” adlandırmışlar.
Bu geyimin sahibi özünü göründüyü kimi heç də narahat hiss etməyəcək. Belə ki, geyimin hazırlandığı parça kifayət qədər hava keçirir və rahatlıqla nəfəs almaq mümkündür.