1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən bahalı loqoları

Loqo şirkətin korporativ üslubunda hazırlanan, özündə brendin ümumi konsepsiyasını birləşdirən və onun xarakterini ifadə edən bir sancaqdır. Əslində, şirkət loqosuz da mövcud ola bilər. Lakin bununla yanaşı, onu daha yaddaqalan şey loqodur. Bu səbəbdən loqonun hansı şirkət olduğunuzdan asılı olmayaraq düzgün mesajı və əhval-ruhiyyəni daşıması çox vacibdir. 

Dünyanın aparıcı şirkətlərinin loqolarına baxın. Heç bir mətn olmasa da insanlar onları tanıyacaq. Bəs dünyanın ən bahalı loqoları hansılardır? İndi öyrənəcəyik.

1. Belfast şəhərinin loqosu

Qiymət – 280 min dollar

2 4

Belfast şəhəri kifayət qədər mənfi reputasiyaya sahibdir və bu təkcə “Titanik” gəmisi ilə deyil, həm də ingilis protestantlara və irlandiyalı katoliklərə bölünən yerli sakinlər arasındakı qarşıdurmalarla əlaqəli olmuşdur. Bir sözlə, şəhər təcili şəkildə bunu düzəltməyə ehtiyac duyurdu. 

Bu məqsədə çatmaq üçün şəhər rəhbərliyi yeni və müasir loqo yaratmaq qərarını verdi. Loqo üzərində “Belfast” yazısı olan ürək formasında hazırlandı. Bundan sonra yeni loqo ilə çox sayda reklam materialları buraxıldı. 

Bundan əlavə, şəhər yeni dizaynı təqdim etdiyi gündə mikro-reklam aksiyalara qoşuldu. Bəzi mənbələr Belfastın bu kampaniya nəticəsində əhəmiyyətli sayda turist cəlb etdiyini yazır.

2. Melburn şəhərinin loqosu

Qiymət – 630 min dollar

3 1

Melburn sürətlə inkişaf edirdi, biznes və turizm mərkəzlərindən biri sayılırdı və bu səbəbdən yeni emblemə ehtiyac duyurdu. Melburnun bələdiyyəsi köhnə loqonun rebrendinqini etməyə qərar verdi və bu məqsədlə brendinq sahəsində peşəkarlardan biri olan “Landor” şirkətinə müraciət etdi. Dizaynerlər mavi və yaşıl rənglərdə müasir minimalist bir loqo təklif etdilər. Bəzi mütəxəssislərin fikrincə, bu, şəhərə dünyanın hər yerindən turistləri cəlb etməyə kömək etdi.

3. Pepsi şirkətinin rebrendinqi 

Qiymət – 1 milyon dollar

4 1

“Pepsi”nin loqosu lakonik rəngləri ilə 1940-cı ildən bəri mövcuddur və dünyada ən çox tanınanlardan biri sayılır. 2009-cu ildə o, minimalist loqo ilə dəyişdirildi, əsas elementlərə isə təbəssüm şəkili əlavə edildi. Şirkət mehriban və əlçatan brend imicini formalaşdırmağa cəhd etdi. 

Bəzi təxminlərə görə, istehlakçılar yeni rebrendinqi hiss etmədilər, digərləri isə şirkətin bu addımını sərt tənqidlə qarşıladılar. Qeyd etmək lazımdır ki, təxminən beş ay davam edən dizayn işlərinə 1 milyon dollar xərclənib.

4. BBC telekanalının redizaynı 

Qiymət – 1,8 milyon dollar

5

Mövcud BBC telekanalının bir neçə loqosu var, lakin onlardan ən çox yayılmışı qara fonda ağ hərifli olandır. Şirkət uzun zaman ərzində loqosunu dəyişməz saxlamışdı və yalnız 1997-ci ildə onu yeni versiya ilə əvəz etdi. 

Qlobal korporasiya haqqında bəhs etdiyimizi nəzərə alsaq, onun redizayn üçün ödədiyi məbləğ, xüsusən də bu siyahının digər nümunələri ilə müqayisədə çox da böyük görünmür.

5. I love NY

Qiymət – 16 milyon dollar

6

“I Love NY” loqosu məşhur dizayner Milton Qleyzer tərəfindən 1977-ci ildə, Nyu-Yorkun soyğunçuluq və elektrik enerjisi kəsintiləri ilə təhlükəli bir şəhər kimi tanındığı, turistlər üçün cəlbedici olmadığı bir vaxtda yaradılmışdı. 

Qleyzer şəhərin yeni loqosunu cibindəki zərfin arxasında çəkdi və buna cəmi on dəqiqə vaxt sərf etdi. Bundan sonra Nyu-York on milyonlarla turisti cəlb edən qlobal şəhərə çevrildi. Qeyd edək ki, bu loqodan istifadə hüququ Nyu-York ştatının iqtisadi inkişaf Departamentinə məxsusdur. Və bu, Qleyzerə ildə 30 milyon dollardan çox gəlir gətirir.

6. Tropicana şirkəti

Qiymət – 35 milyon dollar

7

Dünya üzrə tanınmış meyvə şirəsi istehsalçısı olan “Tropicana” şirkəti, ərzaq marketlərində hər zaman nəzərə çarpıb. Buna baxmayaraq, şirkət rəhbərliyi 2008-2009-cu illərdə “biz asan yollar axtarmırıq” qənaətinə gələrək, yeni dizayna 35 milyon dollar xərclədi. Problem ondadır ki, yeni loqo istehlakçıların xoşuna gəlmədi. 

Xatırladaq ki, yeni qablaşdırmada portağalın şəkili içində meyvə şirəsi olan stəkan ilə əvəz edilmişdi. Redizayn o qədər radikal idi ki, alıcılar mağaza rəflərində bu markanı tanıya bilmirdilər. Nəticədə, ilk iki ayda satışların 20% düşməsindən sonra şirkət orijinal emblemasına qayıtdı.

7. Posten Norge şirkətinin rebrendinqi

Qiymət – 55 milyon dollar

8

“Posten Norge” şirkətini loqosunu dəyişdirməyə məcbur edən əsas şey köhnəlmiş dizayn idi. Rebrendinq nəticəsində 2008-ci ildə qırmızı-qızılı rənglərdə olan retro-dizayn daha müasir gümüşü-qırmızı loqo ilə əvəz edildi. 

Digər bir səbəb isə “Posten Norge”nin digər şirkətləri satın alması və 10 min avtomobilin, 1398 poçt məntəqəsinin və 20 min yeni əməkdaşın iş paltarının redizayn etmək məcburiyyətində qalması olmuşdu.

8. Accenture şirkətinin loqosu

Qiymət – 100 milyon dollar

9

O, üstündə vurğu işarəsi olan kiçik hərflərlə “Accenture” sözündən ibarətdir. Bu söz özü “gələcəyin vurğusu” ifadəsinin əyani görüntüsüdür. 

Bu, “Accenture” şirkətinin “Anderson Consulting Group”dan ayrılması və təkbaşına inkişaf etməyə qərar verməsi ilə əlaqəli olub.

9. British Petrolium şirkətinin loqosu və marketinq

Qiymət – 210 milyon dollar

10

“British Petrolium” loqosu ekoloji iqtisadiyyatla əlaqəli olan “yaşıl” ideyaların populyarlaşdığı bir dövrdə yaradılıb. Şirkətin əsas hədəfi fəaliyyət növünə əhəmiyyət vermədən “yaşıl” loqo inkişaf etdirmək idi. 

Yeni loqo stilizasiya edilmiş günəbaxan formasını aldı və brendin orijinal rənglərində tərtib edildi. “Qeyri-səmimi” yanaşma ilə bağlı tənqidlərə baxmayaraq (benzin hara, ekologiya hara!), rebrendinq marketinq cəhətdən kifayət qədər uğurlu oldu.

10. Symantec şirkətinin loqosu

Qiymət -1 milyard 280 milyon dollar

11 1

“Symantec” loqosu (kibertəhlükəsizlik sahəsində lider olan şirkət) 2010-u ildə yaradılıb və hal-hazırda bəşəriyyətin tarixindəki ən bahalı loqo sayılır. Şirkət əsas rəqibi “VeriSign” şirkətini satın aldıqdan sonra onun vizual aydentikasından, yəni “V” hərfindən istifadə etmək hüququnu qazandı. Qeyd edək ki, bu işarə kibertəhlükəsizliyi simvolizə edir. 

Nəticə

Əlbəttə ki, təkcə loqo kifayət deyil. Eyni zamanda satmağı bacarmaq lazımdır. “Bir qəpiyə” satılan parlaq əsərlər və milyonlarla dollara gedən sadə işlər var. Ümid edirik ki, sizə düşünmək üçün bir az motivasiya verdik!

Son xəbərlər
Digər xəbərlər