22 C
Baku
Thursday, October 3, 2024

Dünyanın ən bahalı qəhvəsi

Uzun illər ərzində “civet” adlı canlının (pişik ölçüsündə olan heyvan) iştirakı ilə əldə edilən qəhvə növü dünyanın ən bahalı qəhvəsi adına sahib idi. Bu il isə bu qəhvə növünə rəqib olan 2 növ daha yaradıldı. İstehsalçı yaratdığı qəhvə növünü çəkinmədən qəhvələr sırasında qara kürü adlandırmışdır.

ABŞ-da Rubin adlandırılan qəhvə növü yaradılıb və onun 1 kiloqramı 17 min dollardan baha, 1 fincanı isə 100 dollar olaraq qiymətləndirilir. Daha bir növ – Brilliant növünün isə 1 kiloqramı 50 min dollar, 1 fincanı isə 500 dollardır.

Bununla yanaşı, istehsalçı şirkət dünyanın istənilən nöqtəsində olan müştəriyə xüsusi qəhvə dəmləyən işçisini göndərə bilər. Təbii ki, müştərinin hesabına.

Son xəbərlər
Digər xəbərlər