“Only Watch” xeyriyyə hərracında ən bahalı saat yenə də “Patek Philippe” modeli oldu. Polad korpuslu “The Grandmaster Chime Reference 6300A-010” modeli üçün rekord məbləğ – təxminən 31 mln. isveçrə frankı (52,9 mln. AZN) ödənilib.
https://t.co/D04r7kAx7P #patekphilippe #onlywatch2019 #watch #onlywatch #watches #charity #worldrecord
— PROWATCHES (@prowatches) November 9, 2019
İkinci yeri müstəqil saat ustası Fransua-Pol Jurn tutub. Onun saatları üçün 1,8 mln. frank (3 mln. AZN) verilib. Üçüncü yerdə “Audemars Piguet” markası olub. Onun “Code 11.59 by Audemars Piguet Tourbillon Openworked” modeli 1 mln. franka (1,7 mln. AZN) satılıb.
Ümumilikdə, tədbirdə 38,5 mln. frankdan artıq (65,7 mln. manat) toplamaq mümkün olub. Ötən dəfə məbləğ 10,7 mln. frank (18 mln. manat) olmaqla daha az idi.
©Oxu.az