19 C
Baku
Sunday, September 29, 2024

Dünyanın ən bahalı saatları

Bahalı saatlar varlı bir şəxsin qarderobunun ayrılmaz hissəsidir. Aşağıda sizə məşhur insanların üstünlük verdikləri dünyanın ən bahalı saatlarını təqdim edirik:

10. CARTIER SECRET WATCH WITH PHOENIX DÉCOR – 2,755 milyon dollar

121262.200xp

Bu saatların istehsalı zamanı əsas olaraq istifadə edilən material ağ qızıldır. Həmçinin burada çoxlu sayda brilyantlardan istifadə edilib və ən böyük brilyantın çəkisi 3,53 karatdır. Bütün bu elementlər Fenix quşu formasında bilərzik yaradılmışdır.

 

 

9. PATEK PHILIPPE 1953 MODEL 2523 HEURES UNIVERSELLES – 2,899 milyon dollar

121261.200xp

Bu saatlar yüksək əyarlı – 18 karatlıq sarı qızıldan düzəldilmişdir. Bu dəbdəbə nümunəsi 2006-cı ildə hərracda inanılmaz məbləğə satılmışdı. Saatın üzərində sərhədləri ilə birgə Şimali Amerikanın xəritəsi təsvir edilmişdir.

 

 

8. PIAGET EMPERADOR TEMPLE – 3,3 milyon dollar

121260.200xp

Yeganə nümunədə istehsal edilən bu unikal saat brilyant və digər qiymətli daşlarla bəzədilmişdir. Satın dizaynı piramidanı xatırladır. Saatın iki örtük hissəsi var və hər biri ayrılıqda fərqli məlumatı əks etdirir.

 

 

7. PATEK PHILIPPE 1928 SINGLE-BUTTON CHRONOGRAPH – 3,637 milyon dollar

121258.200xp

Tək düyməli bu saat yüksək əyarlı qızıldan yaradılıb. Bu lot 2011-ci ildə hərracda 3,6 milyon dollara satılmışdı. Saatın üzərində Breguet texnologiyası ilə tamamlanmış əlavə indikatorlar yerləşir.

 

 

6. PATEK PHILIPPE 1939 PLATINUM WORLD TIME – 4,026 milyon dollar

121257.200xp

Dünya xəritəsinin təsvir edildiyi bu platin saatlar 1939-cu ildə yaradılıb. Ekspertlərin iddialarına görə bu saatdan tək bir nümunə mövcuddur. Bu inanılmaz məbləği 2002-ci ildə keçirilən hərrc zamanı təklif etmişdilər.

 

 

5. LOUIS MOINET METEORIS WATCH – 4,599 milyon dollar

121251.200xp

Bu saat meteorit, asteorid və Ay hissəciklərindən hazırlanmışdır. Bu unikal materiallar və korpusun unikal dizaynı bu dəbdəbə nümunəsinə bu məbləği verməyi vadar edir.

 

 

4. BREGUET & FILS, PARIS, NO. 2667 PRECISION – 4,682 milyon dollar

121250.200xp

Yüksək əyarlı qızıldan hazırlanması və azsaylı nümunədə olması bu saatlar üçün əsl uğur idi. Bu saat nümunəsi 1814-cü ildə London sakininə 5 min franka, indi isə 4,6 milyon dollara satılmışdır. Saatın 18 karatlıq yüksək əyarlı qızıldan hazırlandığını da qeyd etmək lazımdır.

 

 

3. PATEK PHILIPPE REFERENCE 1527 – 5 milyon dollar

121249.200xp

Patek Philippe Reference 1527 ilk olaraq məhz Patek Philippe brendini yaratmış Stern ailəsinə mənsub idi. Saatlar 23 qiymətli daş ilə bəzədilmiş, qızıldan hazırlanmış, qapağı isə gümüşlə tamamlanmışdır.

 

2. PATEK PHILIPPE HENRY GRAVES SUPER COMPLICATION – 11 milyon dollar

121248.200xp

1927-ci ildə iki amerikalı varlı şəxs kimin daha şətin saat sifariş verəcəyi ilə bağlı mərc edirlər. Nəticədə Patek Philippe-ə sorğu göndərən Henri Qreyvs qalib gəlir. Mərcin nəticəsi olaraq Super Complication saatı yaradılır.

 

 

1. CHOPARD 201-CARAT – 25 milyon dollar

121245.200xp

Chopard  – isveçrə şirkəti bütün dünyada məşhurdur. Şirkət tək saat deyil, qiymətli daşlar, ətir və hətta eynək də istehsal edir.

Əslində Chopard 201-Carat tək saat deyil, çoxlu sayda qiymətli daşla bəzədilmiş bilərzikdir. Ürək formasında olan 3 brilyant, armud formasında olan 289 brilyant, 139 dairəvi brilyant, 443 sarı brilyant – Chopard bütün bunları bir saatda birləşdirib.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.