17 C
Baku
Monday, May 6, 2024

Dünyanın ən bahalı telefonu – brilyant iPhone 5

Dəyəri 15 milyon dollar olan iPhone 5 dünyanın ən bahalı telefonu hesab olunur.

Adının gizli qalmasını arzu edən çinli biznesmen bu yaxınlarda dünyanın ən bahalı hesab edilə biləcək telefonunu alıb. Söhbət iPhone 5 telefonundan gedir, onun unikal eksteryerini məşhur britaniyalı dizayner Stuart Hughes tərtib etmişdir. iPhone 5 Black Diamond modeli 24-karatlıq qızıldan hazırlanmış xüsusi korpusla təchiz edilib və həmin korpus 600 ədəd olduqca xırda brilyant dənəciklərlə bəzədilib.

Apple loqosu da brilyantla işlənib – bura 53 dənəcik lazım olub. Home düyməsi isə olduqca nadir tapılan 26 karatlıq qara brilyantdan düzəldilib. Onu sifarişçi özü təqdim edib. “Ucuz” Gorilla Glass şüşəsi daha möhkəm sapfir şüşə ilə əvəzlənib. Texniki cəhətdən isə aparatda qeyri-adi heç nə yoxdur: 4 düyümlü Retina displey, 2 nüvəli prosessor, 64 GB yaddaş. iPhone 5 Black Diamond telefonunun dəyəri bütün bu füsünkarlığına görə 15 milyon dollara yaxındır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər