27 C
Baku
Saturday, June 29, 2024

Dünyanın ən bahalı ticarət küçələri hansılardır?

Beynəlxalq investisiya-konsaltinq və developper şirkəti olan Cushman & Wakefield, C&W öz şəxsi araşdırmasına əsaslanaraq dünyanın əsas və ən bahalı ticarət küçələrinin reytinqini təqdim etdi.

2014-cü ilin ən bahalı ticarət küçəsi Nyu-Yorkda Fifth Avenue küçəsi oldu. Burada icarə qiymətləri bir il üçün rekord həddə, yəni 1 kv metr üçün 3500 dollara çatdı. Ən maraqlısı isə odur ki, bu küçə keçən il reytinqdə belə iştirak etmirdi. Keçən ilin lideri olan Honq Konqun Causeway Bay küçəsi ikinci pillədə yer alıb. Burada icarə haqları bir ildə 6,8% ucuzlaşmışdır. Parisin məşhur Champs-Elysees prospekti keçən ilki yerini dəyişməyərək elə üçüncü pillədə olaraq da qalmışdır. Bundan əlavə, 4-cü pillədə Londonun New Bond Street küçəsi, 5-ci pillədə isə Sidneyin Pitt Street Mall küçəsi yer alıb. Liderlərin 10-luğunu isə Moskvanın Stoleşnikov küçəsi tamamlayır.

Araşdırma müəlliflərinin qeydinə əsasən, reytinq ilk növbədə investor və developperlər üçün tərtib edilir.

Son xəbərlər
Digər xəbərlər