16 C
Baku
Thursday, May 2, 2024

Dünyanın ən bahalı üzüyü bütünlüklə brilyantdan hazırlanıb

Müasir zamana qədər dünyanən ən füsunkar və bahalı brilyant üzüyü R’n’B şahzadəsi Beyonseyə məxsus 18 karatlı bəzək əşyası hesab olunurdu.

Bu üzük, ona indiki həyat yoldaşı Cey-Zi tərəfindən nişanlanma şərəfinə hədiyyə edilmişdi, həmçinin ən bahalı üzük kimi Riçard Barton tərəfindən kraliça Elizabetə hədiyyə olunan 30 karatlıq almaz qaşı olan üzüyü qeyd etmək olar. 

Amma Shawish Jewelry tərəfindən hazırlanan bəzək əşyası ilə müqayisədə onlar çox xırda görünür. Bu zərgərlik sənət nümunəsi və ya şedevri özündə cilalanmış böyük bir brilyantı əks etdirir. Brilyantı barmağa keçirmək mümkün olsun deyə oymuşlar. Bu dünyada ən bahalı və ən hissiyyatlı, həmçinin də sadəcə brilyantdan ibarət ən gözəl üzükdür. Üzük bütünlüklə bir daşdan ibarətdir. Nəhəng daşın çəkisi 150 karat təşkil edir.

Zərgərlər demək olar ki, bir il vaxt sərf etmişlər ki, Shawish kompaniyasının prezidenti Moxamed Şoveşin ağlına gəlmiş bu ideyanı gerçəkləşdirsin.

Belə qeyd olunur ki, mütəxəssislər, cilalanma, yonulma və naxışlar üçün ənənəvi üsulları ilə yanaşı həm də lazer texnologiyasından istifadə ediblər.

Bu unikal məmulatın qiyməti 43 milyon funt sterlinqdir ($70,46 milyon dollardır).

Son xəbərlər
 ⁠
Digər xəbərlər