10 C
Baku
Friday, November 15, 2024

Dünyanın ən bahalı valyutalarının reytinqi

Banker.az dünyanın ən bahalı valyutalarının TOP-10-luğunu təqdim edir:

  1. Sinqapur dolları

1 SGD = 0,74 USD *

1965-ci ildə Sinqapur müstəqillik əldə etdikdən sonra onun valyutası olan Sinqapur dolları ilk olaraq Britaniya funtuna, daha sonra isə ABŞ dollarına bağlı olaraq mövcud idi. Bununla yanaşı, 20 ildən sonra ölkə rəhbərliyi Sinqapur dollarını sərbəst üzən məzənnəyə keçirdilər. Sinqapur Şərqin intellektual və texnoloji mərkəzinə çevrildikdən sonra onun dəyəri sürətlə artmağa başladı. Sinqapurun ÜDM həcminin sabit artımı sayəsində bu ölkənin valyutası hazırda çox güclüdür.

  1. Bruney dolları

1 BND = 0,74 USD

Bruney – Cənub-Şərqi Asiyada kiçik ölkədir. Malayziya və Cənub Çin dənizi arasında yerləşən bu ölkə çox yüksək adam başına düşən ÜDM həcminə sahibdir. Hazırda Bruney dolları kifayət qədər möhkəm məzənnəyə sahibdir və inflyasiya proseslərindən çox uzaqdır.

  1. Avstraliya dolları

1 AUD = 0,75 USD

Avstraliya mahiyyət etibarilə ixrac ölkəsidir. O xaici bazarlarda qızıl, dəmir filizi, neft, qaz, kömür və müxtəlif kənd təsərrüfatı məhsulları satır. 2015-ci il Avstraliyada təbiət resursları üçün ən uğurlu il olmadı və bu səbəbdən Avstraliya dollarının dəyəri endi. Lakin buna baxmayaraq bu valyuta dünyanın ən bahalı valyutalarının ilk 10-luğuna daxildir.

  1. ABŞ dolları

ABŞ dolları dünyanın əsas valyutası statusunu qoruyub saxlayır. 1973-cü ildə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müqavilə imzalandıqdan sonra “neft dolları” anlayışı yarandı. 1975-ci ildə Neft ixrac edən ölkələr təşkilatı ABŞ dollarını neft alışı üçün yeganə pul vasitəsi elan etdi. Bu isə dollara olan tələbatı artırdı. Ekspertlər əmindirlər ki, dollar hələ uzun illər boyunca öz davamlılığını qoruyacaq.

  1. İsveçrə frankı

1 CHF = 1,04 USD
İsveçrə bank sistemi dünyanın ən qədim və nəhəng sistemlərindən biri hesab olunur. Bu isə ölkənin milli valyutası olan İsveçrə frankını beynəlxalq kapital üçün təhlükəsiz sığınacaq etdi. Qeyd edək ki, İsveçrə Mərkəzi bankı ölkə valyuta ittifaqına daxil olduqdan dərhal sonra frankı avro ilə sərt şəkildə əlaqələndirdi.

  1. Avro

1 EUR = 1,13 USD

Avrozonanın məşhur valyutası müxtəlif iqtisadi və siyasi problemlərə baxmayaraq planetin ən bahalı valyutası olaraq qalır. Avro əvvəlki kimi ABŞ dollarından bahadır.

  1. Britaniya funtu

1 GBP = 1,47 USD
Britaniya funtu öz möhkəmliyini hələ müstəmləkə dövründən təmin etmişdi. O zamandan etibarən funt əmanət hesabları üçün əsas hesablaşma vahidi olaraq qalır. 2006-cı ilin ortalarında Britaniya funtu üçüncü ən geniç yayılmış ehtiyat valyuta adına sahib idi.

  1. Oman rialı

1 OMR = 2,60 USD

Oman iqtisadiyyatı neft ixracına əsaslanır. Həmçinin ölkədə qazın əldə edilməsi, metallurgiya sənayesi və turizm inkişaf edir. Omanda orta aylıq əmək haqqı 4,100 dollar təşkil edir. 2015-ci ildə adam başına düşən ÜDM həcmi isə 15 232 dollar idi. Omanda işsizlik və evsiz-eşiksiz insanlar yoxdur. Bütün bu faktları nəzərə alaaq, Oman rialının dünyanın ən bahalı valyutaları reytinqində üçüncü pillədə qərarlaşmasına təəccüb etməmək lazımdır.

  1. Bəhreyn dinarı

1 BHD = 2,65 USD

Bəhreyn dinarının möhkəmliyi Səudiyyə Ərəbistanı və neft bazarı ilə əlaqələrindən asılıdır. Lakin Bəhreynin daha bir “xəzinəsi” var. Amerika hərbi-dəniz bazası Bəhreyndə yerləşir ki, bu da ABŞ-ın regiona həlledici əhəmiyyətli təsirinə imkan verir.

  1. Küveyt dinarı

1 KWD = 3,32 USD
Beləliklə, dünyanın ən bahalı valyutası – Küveyt dinarıdır. Üstəlik, bu valyuta 10 illərdir bu statusa sahibdir. Məsələ isə ondadır ki, Küveyt neft ticarətinə əsaslanan və sürətlə inkişaf edən iqtisadiyyatın bəhrələrindən faydalanır.

*valyuta məzənnələri 21.06.2016 tarixinə əsasən götürülmüşdür

 

Son xəbərlər
Digər xəbərlər