22 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən böyük bankları iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birləşir

Dünyanın ən böyük bankları iqlim risklərini idarə edəcək və müştərilərinin karbon emissiyaları haqqında məlumat toplayacaq konsorsiuma qoşulublar.

Banker.az xəbər verir ki, konsorsiumun işinin ayrı-ayrı bankların siyasətinə necə təsir edəcəyi hələki məlum deyil.

Konsorsiumda “Bank of America”, “Wells Fargo”, “National Bank of Canada”, eləcə də “Risk Management Association” (RMA) daxil olmaqla 19 bank iştirak edir. Birliyin fəaliyyəti iqlim risklərinin idarə edilməsinə və yaşıl iqtisadiyyata keçid üçün standartların işlənib hazırlanmasına yönəldiləcək.

RMA-nın rəhbəri Nensi Foster bildirib ki, banklar hansı aktivlərin hava şəraitinə məruz qaldığını müəyyən edə, həmçinin müştərilərin karbon emissiyaları haqqında məlumat toplaya biləcəklər. Xanım Fosterin sözlərinə görə, bu proses bankların çirkli pulların yuyulmasına qarşı mübarizədəki fəaliyyətinə bənzəyəcək.

“Banklar iqtisadiyyat və cəmiyyət üçün mühüm rol oynayır. Onlar yaşıl iqtisadiyyata keçidi idarə edəcəklər, RMA konsorsiumu isə buna rəhbərlik edəcək”, – deyə “Bank of America”nın saytında dərc olunan relizdə deyilir.

Son xəbərlər
Digər xəbərlər