Cenevrədə yerləşən Sotheby’s hərrac evində 13 mayda, yəni bu gün hərraca çıxarılacaq üç ən böyük brilliant nümunələri təqdim edildi. Beləliklə, lot sırasında 100,09 karatlıq “Parlaq sarı rəngli Qraff”, 31,34 karatlıq “Qələbə” və həmçinin 103,46 karatlıq üzüyü görmək mümkündür. Təşkilatçılar bu üç brilliant qaşlı üzüklərə görə 23 500 000 dollardan 38 000 000 dollara qədər gəlir əldə etməyi planlaşdırır.