Tarixdə ilk dəfə dron vasitəsilə kosmosa süni peyk göndəriləcək.
Türkiyə KİV-i xəbər verir ki, ABŞ-ın Aevum şirkəti tərəfindən istehsal edilən Ravn X dronu kosmosa peyk nəqlindən başqa, “dünyanın ən böyük pilotsuz uçuş aparatı” (PUA) ünvanına sahibdir.
Sözügedən layihə reallaşacağı təqdirdə insan həyatını riskə atmadan kosmosa süni peyk göndərmək mümkün olacaq.
Ravn X dronu 1,6 km uzunluqda uçuç meydançasından havaya qalxa bilir. PUA daşıdığı peyki orbitə çatdırdıqdan sonra avtomatik eniş edə bilir.
24 metr uzunluğa, 18 metr qanad genişliyinə sahib dron istənilən hava şəraitində uça bilir.
Şirkətdən verilən açıqlamada bildirilir ki, artıq 1 milyad dollarlıq daşıma müqaviləsi bağlanılıb.